03 Iyun 2012 01:06
519
Təhsil
A- A+

Azərbaycan gəncləri ABŞ-da təhsil almaq imkanları ilə tanış olmuşlar

 

İyunun 2-də Amerika-Azərbaycan Təhsil Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə "Education USA"-nın 15 illiyinə həsr edilmiş "Açıq qapılar" adlı tədbir və ABŞ-da təhsil yarmarkası keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin məqsədi iştirakçıları ABŞ-ın ali məktəblərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Tədbirdə iştirak edən tələbələr, şagirdlər və onların valideynləri ABŞ-ın ali təhsil məktəblərinin məzunları olmuş həmvətənlərimiz və xarici vətəndaşlardan onları maraqlandıran suallara cavab almışlar.

Yarmarkada təmsil olunan 30-dan çox universitetin və ödənişsiz təhsil proqramlarının nümayəndələri gələnlərə ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat vermişlər.

Təhsil yarmarkasına böyük maraq göstərən ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif ali elm ocaqlarının fəaliyyətini əks etdirən buklet və materiallar ilə tanış olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video