11:40 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələri yüksələn xətlə inkişaf edir
ANA SƏHİFƏ / PARLAMENT
20:22 02.06.2021

 

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının sədri Mir Rahman Rahmani ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, söhbət zamanı Milli Məclisin sədri Azərbaycan və əfqan xalqları arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu söyləyib. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. İki ölkə arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb.

Parlamentin sədri 44 günlük Vətən müharibəsində, eləcə də artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin bütün dövrlərində Əfqanıstanın Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləməsindən razılıqla danışıb. Qeyd edib ki, Əfqanıstanın dövlət strukturlarının, o cümlədən Milli Assambleyanın Ağsaqqallar Şurasının və Xalq Palatasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatları Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Sahibə Qafarova bu haqlı mövqeyə və dəstəyə görə həmkarına və Əfqanıstan xalqına minnətdarlığını ifadə edib.

Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin qanunverici orqanlar səviyyəsində əlaqələrimizin inkişafı baxımından önəmini vurğulayıb.

Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının sədri Mir Rahman Rahmani bildirib ki, bu gün ölkələrimiz arasında siyasi münasibətlərlə yanaşı, həyatın digər sahələrində də əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın dərinləşməsində əhəmiyyətli rol oynayır.

Parlamentlər səviyyəsində əlaqələrimiz də yüksələn xətlə inkişaf etməkdədir. Deputatların qarşılıqlı səfərləri, onların müxtəlif beynəlxalq qurumlar çərçivəsində mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından önəmlidir.

Qeyd edilib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarda nümayəndə heyətlərinin bir araya gəlməsi regional layihələrin reallaşmasına təkan verə bilər.

Söhbət zamanı beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişafı, terrorizmə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM