20:21 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir

ANA SƏHİFƏ / ELANLAR
02:30 17.06.2021

 

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu “Maliyyə və kredit”, “Mühasibat uçotu, təhlil və audit” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (EQG) əsasında qəbul edilir.

Xarici ölkələrin vətəndaşları üçün qəbul riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul riyaziyyat, coğrafiya, Azərbaycan və ya rus dili  fənləri üzrə keçirilir.

2021-ci ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti

a) əyani təhsil forması

* Vahid dövlət imtahanı (EQG) nəticələrinə əsasən, büdcə yerlərinə və müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul -15 iyun -26 avqust  2021-ci il tarixlərində;

* Keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun -20 avqust  2021-ci il tarixlərində;

b) əyani-qiyabi təhsil

* Vahid dövlət imtahanı (EQG) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun -26 sentyabr  2021-ci il tarixlərində;

* Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun -20 sentyabr  2021-ci il tarixlərində;

c) qiyabi təhsil

* Vahid dövlət imtahanı (EQG) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun -26 oktyabr  2021-ci il tarixlərində;

* Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun -20 oktyabr  2021-ci il tarixlərində.

Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.

Müsabiqədə iştirak etmək üçün [email protected] və ya [email protected] elektron ünvanına PDF formada aşağıdakı sənədlər göndərilməlidir:

* Qəbul üçün ərizə;

* Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

* Təhsil haqqında sənədin (attestat və ya diplomun) əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;

* Foto (3x4 ölçüdə, 5 ədəd)

* Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)

 

Qəbul barədə ətraflı məlumatı rəsmi  www.ageu-derbent.ru saytından və [email protected] email ünvanından əldə etmək mümkündür.

 

Əlaqə: (012) 4926795;  +994503184032

Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küç.), ev 10B (auditoriya 101).                                                                                         

 

Rektorluq

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM