20 May 2014 09:05
385
PARLAMENT
A- A+

Azərbaycan- Avropa Şurası münasibətləri yeni müstəvidə inkişaf edir

Mayın 20-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Z.Əsgərov Avropa Şurası ilə Azərbaycanın əməkdaşlığından məmnunluqla söhbət açmışdır. O, bildirmişdir ki, bizim münasibətlərimiz artıq yeni müstəvidə inkişaf edir. Azərbaycan Avropa Şurasının qarşısındakı öhdəliklərinin əksəriyyətini layiqincə və vicdanla yerinə yetirir. Lakin bəzi öhdəliklərin reallaşmamasının da öz obyektiv səbəbləri vardır.
Pedro Aqramunt Font de Mora Monitorinq Komitəsinin fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan Parlament nümayəndələrinə öz təşəkkürünü bildirmişdir.
Qonaq Azərbaycanda səfərləri müddətində keçirdikləri və gözlənilən görüşlər barədə geniş məlumat vermişdir.
Görüşdə əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlər əsas müzakirə mövzusu olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video