25 Fevral 2012 01:02
275
SİYASƏT
A- A+

Azərbaycan Amerika Alyansı Xocalı həqiqətlərini dünyaya çatdıran geniş kampaniya həyata keçirir

 

100 milyondan artıq insan XX əsrin faciəsi haqqında xəbərdar olacaqdır

 

Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya yüz milyonlarla insanı əhatə edir. Bu silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlerdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilir.

"Washington Post", "New-York Times"  qəzetlərində 26 fevral sayının bütov bir səhifəsi Xocalı soyqırımına həsr olunacaq. Həmçinin "Washington Post", "New-York Times"  və "Politico" dərgilərinin internet səhifələrində bir həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdiriləcək. Təkcə bu pop-up vasitəsilə bu saytları izləyən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaq.

Fevralın 23-dən etibarən Azərbaycan Amerika Alyansı  küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş bu cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandıracaq. Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan "Penn Station"da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metro stansiyalarında  xüsusi posterlər yerləşdirilib. Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, "Capitol Hill"ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın həmin poster və bannerləri görməsi gözlənilir.

Həmçinin Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün Alyansın saytında xüsusi bölmə yaradılıb. Milliyətindən və vətəndaşlığından asılı olmayaraq hər bir kəs bu bölməyə daxil olaraq ABŞ Prezidentinə və konqresmenlərinə "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır" adlı məktub göndərə bilərlər. Saytda Xocalı hadisələri ilə bağlı geniş məlumatlar da öz əksini tapır. 

"Bildiyimiz kimi, bu il  Xocalı soyqı

rımının 20-ci  ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılığı, maddi və mənəvi dəyərlərimizi, tariximizi dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Kampaniya bir neçə mərhələdən ibarətdir. Tədbirlər ardıcıl olaraq bir neçə həftə ərzində ABŞ-ın böyük şəhərlərinin müxtəlif küçələrində, insanların çox toplanan yerlərində keçiriləcək. Bundan başqa posterlər yapışdırılacaq və Xocalı soyqırımı haqqında məlumatlandırıcı kitabçalar paylanacaq" - deyə AAA-nın təsisçisi Anar Məmmədov bildirib.

1992-ci il fevral ayın 25-dən 26-na  keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun  366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etmiş və azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirmişdilər. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video