20 Sentyabr 2012 02:09
244
PARLAMENT
A- A+

Azərbaycan-Almaniya \\əlaqələrinin daha da genişlənməsi üçün böyük potensial var

 

Sentyabrın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Viola von Kramon-Taubadelin başçılıq etdiyi  nümayəndə heyəti ilə görüşdü.  

Qonaqları salamlayan Bahar Muradova Azərbaycanla Almaniya arasında əlaqələrin qədim tarixi kökünün olduğunu, bu gün isə yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, tarixin müxtəlif vaxtlarında xalqlarımızı birləşdirən ümumi dəyərlər çox olmuşdur və onların qorunması, möhkəmlənməsi sevindirici haldır.

Bahar Muradovanın sözlərinə görə, bu gün Azərbaycanın qarşısında duran hədəflərdən biri inkişaf etmiş ölkələrin sırasına qatılmaqdır. Respublikamızın dinamik inkişafı, qısa müddətdə əldə etdiyi uğurlar tezliklə bizim də inkişaf etmiş dövlətlər sırasına qoşulacağımızı söyləməyə əsas verir. Bu inkişaf prosesində əsaslandığımız dəyərlər  demokratiya, insan haqları, tolerantlıq, söz və vicdan azadlığıdır.

İnsan kapitalından söz açan vitse-spiker bildirdi ki, ölkəmiz bu istiqamətdə özünün təbii sərvətlərindən səmərəli şəkildə istifadə edir. Bu məsələdə dost ölkələrin, o cümlədən Almaniyanın təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bahar Muradova Almaniyanın Beynəlxalq Parlament Təqaüdü Proqramı çərçivəsində azərbaycanlı gənclərə yer ayırdığına görə minnətdarlığını bildirdi. Bu proqramın parlamentlərarası əlaqələrimizin  güclənməsində önəmli rolundan danışdı.

Bahar Muradova parlament nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, həmçinin ATƏT PA-da uğurlu əməkdaşlığından söz açdı, bir çox məqamlarda mövqelərimizin üst-üstə düşdüyünü vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə nümayəndə heyətinə ətraflı məlumat verən Bahar Muradova Ermənistanın işğalçılıq siyasətinin yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükəli olduğunu dedi. Görüş üçün təşəkkürünü bildirən Viola von Kramon-Taubadel Azərbaycanla Almaniya  arasındakı  münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu əlaqələrin inkişafı üçün geniş imkanar var. Azərbaycanın öz təbii sərvətlərini insan kapitalına yönəltməsini alqışlayan qonaq bu istiqamətdə qarşıya qoyulacaq məqsədlərin uğurla reallaşacağına əminliyini ifadə etdi. Almaniyalı deputat Beynəlxalq Parlament Təqaüdü Proqramı çərçivəsində təhsil alan həmyerlilərimizə hər cür  dəstək verməyə hazır olduqlarını vurğuladı. Azərbaycanın sürətli inkişafından söz açan almaniyalı deputat bu günlərdə Bakıda start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının bu inkişafın göstəricisi olduğunu bildirdi. Viola von Kramon-Taubadel Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tərəfdar olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video