30 Sentyabr 2014 05:09
387
Elm və texnika
A- A+

Azərbaycan aliminin Səmərqənddə keçirilmiş Beynəlxalq konfransda məruzəsi maraq doğurub

Özbəkistanın Səmərqənd şəhərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICBA-CAC) maliyyə dəstəyi ilə “Quraq və yarımquraq bölgələrin davamlı inkişafı və qida təhlükəsizliyi üçün innovasiya” mövzusunda Beynəlxalq konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan AzərTAc-a bildiriblər ki, dünyanın 17 ölkəsindən olan ekspert və alimlərin qatıldıqları tədbirdə AMEA-nın Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev “Coğrafi informasiya sistemlərinin tətbiqi ilə Pinus eldarica Medw. növünün introduksiyasının proqnozlaşdırılması” mövzusunda məruzə edib.
Eyni zamanda, Beynəlxalq konfransda quraq və yarımquraq bölgələrdə ərzaq təhlükəsizliyi sahəsində son illərdə əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, səhralaşmaya qarşı mübarizənin elmi və sosial-iqtisadi aspektləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video