23:16 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan-ABŞ əlaqələri müzakirə edilmişdir
ANA SƏHİFƏ / PARLAMENT
01:09 05.09.2012

 

Sentyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr  Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börton ilə görüşdü. Qonağı salamlayan Oqtay Əsədov dedi ki, ABŞ Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu il diplomatik münasibətlərimizin 20 ili tamam olmuşdur və bu münasibətlə Vaşinqtonda böyük konfrans keçirilib. Ötən dövr ərzində əlaqələrimiz, demək olar ki, bütün sahələrdə inkişaf edib. Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatları ilə əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycan dövlətinin başçısının Amerikaya səfəri, eləcə də ABŞ-ın yüksək vəzifəli şəxslərinin ölkəmizə səfərləri ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynayıb.     

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, münasibətlərimizin daha da genişlənməsi üçün möhkəm hüquqi baza da var. Bu günədək iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafına dair 75 sənəd imzalanıb. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dollarından çox olub.

Görüşdə qeyd edildi ki, parlamentlərarası əlaqələrimiz də yüksələn xətlə inkişaf edir. Milli Məclisdə və Konqresdə fəaliyyət göstərən işçi qrupları təkcə qanunverici orqanlar arasında deyil, ölkələrimiz arasındakı münasibətlərin genişlənməsində də mühüm rol oynayırlar.

Oqtay Əsədov ümidvar olduğunu bildirdi ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarın fəaliyyəti müddətində Azərbaycan-ABŞ əlaqələri daha da genişlənəcəkdir.

Dan Börton Azərbaycana səfərindən məmnun qaldığını bildirdi. Azərbaycanın dinamik inkişafından danışan konqresmen Milli Məclisin inzibati binasının, deputatlar üçün yaradılmış şəraitin onları valeh etdiyini diqqətə çatdırdı. O, bu cür şəraitin ölkənin sürətli inkişafının əyani sübutu olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, qanunvericilik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

"Azərbaycan"

Foto Fərman BAĞIROVUNDUR



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM