03:21 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZAL reyslərində IATA Travel Pass tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı

ANA SƏHİFƏ / ELANLAR
01:29 17.08.2021

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına görə, pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən IATA Travel Pass mobil tətbiqinin sınaq müddəti  20 sentyabr 2021-ci ilə qədər uzadılır.

Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal IATA Travel Pass, uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda IATA Travel Pass tətbiqini AZAL və “Buta Airways”in aşağıdakı reyslərin sərnişinləri yükləyə bilərlər:

 

* AZAL - Bakı - İstanbul - Bakı (GYD-IST-GYD)

* AZAL - Bakı - Moskva - Bakı (GYD-DME-GYD)

* Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)

* Buta Airways - Bakı - Jukovski - Bakı (GYD-ZIA-GYD)

 

Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür.

IATA Travel Pass tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (FastTrack) istifadə edə biləcəklər.

AZAL və “Buta Airways” reyslərində IATA Travel Pass tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq.

Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, Travel Pass proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər.

iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

* Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649

* Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa

Qeyd etmək lazımdır ki, IATA Travel Pass tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanmışdır. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.

Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür:

https://www.azal.az/az/information/iata-travel-pass

IATA Travel Pass tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz:

https://youtu.be/wKYaPOEyGGA

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM