22:14 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZAL Füzuli əsilli vətəndaşlar üçün Qarabağın ilk hava limanında vakant yerlər açır

ANA SƏHİFƏ / ELANLAR
01:23 26.08.2021

 

25 avqust 2021-ci il, Bakı - AZAL Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir

 

Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

İxtisas seçimi müsabiqə əsasında aparılacaq.

Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.

Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:

- mühəndis-proqramlaşdırıcılar;

- avadanlıqların təmiri və istismarı üzrə texniklər;

- işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;

- texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;

- radiorabitə üzrə texnik və mühəndislər;

- komendantlar;

- qazanxana operatoru, konveyer xətlərinin operatoru;

- havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;

- təmizlik xidmətləri və s.

AZANS-da açılan vakant yerlər:

- HHİ və Brifinq dispetçerləri;

- mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;

- HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.

Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcəkdir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.

“Xüsusi qürur hissilə bildirirəm ki, “Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara təhvil veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaqdır”, - deyə “AZAL”ın prezidenti Cahangir Əsgərov qeyd etmişdir.

Hal-hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.

Bundan əlavə dövlət başçısının tapşırığı ilə Qarabağda - Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM