22:11 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AZAL Bakı-London aviareysinə biletləri ucuzlaşdırıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 06.01.2012

 

"APA-Economıcs"in yaydığı məlumata görə, AZAL-ın keçirdiyi aksiya çərçivəsində Bakı-London-Bakı istiqamətində bir aviabiletin minimal qiyməti təxminən 17 faiz ucuzlaşıb.

Əgər bundan öncə sözügedən marşrut üzrə bir biletin minimal qiyməti 540 manat təşkil edirdisə, hazırda Bakı-London-Bakı aviareysinə aviabiletin qiyməti 450 manata endirilib. Qiymətə bütün hava limanı və digər yığımlar daxildir. Bu aksiya cari ilin mayın 15-dək olan uçuşlara şamil olunur.

Qeyd edək ki, AZAL Bakıdan Londona uçuşları hər həftənin II, IV və VI günləri yerinə yetirir.

Xatırladaq ki, bundan öncə Bakı-London marşrutu üzrə uçuşları yerinə yetirən Böyük Britaniyanın "British Midland International" (BMI) aviaşirkəti də sözügedən istiqamətə aviabiletin qiymətlərini aşağı salıb. Belə ki, BMI Bakı-London-Bakı aviareysinə bir biletin qiymətini əvvəllər 1.100 manata satırdısa, hazırda bu marşrut üzrə aviabiletin qiyməti 523 manat təşkil edir. Endirimli aviabiletlər 2012-ci ilin yanvarın 31-dək alınmalı, uçuşlar isə may ayının 31-dək yerinə yetirilməlidir.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM