22 Sentyabr 2021 11:37
522
DÜNYA
A- A+

Avstraliyanın cənub-şərqində baş verən silsilə zəlzələlər dağıntılara səbəb olub

 

Sentyabrın 22-də səhər saatlarında Avstraliyanın cənub-şərq sahillərində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində 46 tikili müxtəlif dərəcədə xəsarət alıb, Melburnda 35 mindən çox sakinə elektrik enerjisinin verilişi kəsilib.

AZƏRTAC xəbər verir ki, Avstraliya Seysmoloji Xidməti qarşıdakı həftələr və aylar ərzində yeni təkanların gözlənildiyi barədə xəbərdarlıq yayıb.

Zəlzələnin qeydə alındığı Viktoriya ştatının Baş nazirini müavini Ceyms Merlino bildirib ki, seysmoloqların xəbərdarlığı nəzərə alınaraq ştat fövqəladə vəziyyət rejiminə hazırlığa başlayıb.

Ştat hökumətinin yaydığı məlumata görə, zəlzələnin ilk zərbəsinin qeydə alındığı Mansfild qəsəbəsində 46 tikili xəsarət alıb. Bundan əlavə, Melburnda və ətraf qəsəbələrdə də dağıntılar qeydə alınıb. Şəhərin bir sıra rayonlarında elektrik xətləri qırıldığına görə enerjinin verilişi kəsilib.

Melburnun şimalında yerləşən Mansfild və Benalledə, həmçinin meqapolisin cənub-qərbindəki Dandenonq qəsəbəsində fövqəladə yardım mərkəzləri yaradılıb. Melburndakı hündür mərtəbəli binaların sakinləri təxliyə olunub.

Yeraltı təkanlar yerli vaxtla səhər saat 9:15 dəqiqədə Melburnun şimal-şərqində yerləşən Mansfild qəsəbəsində qeydə alınıb. Seysmoloqların məlumatına əsasən, zəlzələnin episentri yaxınlıqdakı dağlıq ərazidə, ocağı 10 kilometr dərinlikdə yerləşib. İkinci yeraltı təkan 15 dəqiqə sonra 150 kilometr cənubda Tompson-dam bəndi yaxınlığında, üçüncüsü isə Kanberradan 22 kilometr cənubda, Tredbo kəndi yaxınlığında qeydə alınıb.

Yeraltı təkanlar Viktoriya və yeni Cənubi Uels ştatlarında, Kanberra, Sidney və Adelaida şəhərlərində, həmçinin Sidneyin qərbində və Tasmaniyadakı Lonseston şəhərində hiss edilib. Ən güclü təkanlar Melburn və Mansfilddə qeydə alınıb.

Zəlzələ nəticəsində həlak olanlar barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video