13 Iyun 2021 16:06
739
SİYASƏT
A- A+

Avstraliya, Böyük Britaniya və ABŞ regionda əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər  

Avstraliyanın Baş naziri Skott Morrison ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla regionda əsas istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə müzakirələr aparıb.

AZƏRTAC “The Australian” qəzetinin bazar günü yaydığı məlumata istinadla xəbər verir ki, üçtərəfli danışıqlar zamanı Hind-Sakit okean regionunda artan qeyri-sabitlik şəraitində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.

Qəzetin məlumatına görə, üç ölkənin liderləri əsas strateji məsələlər – müdafiə, infrastruktur istiqamətləri, həmçinin energetika sahəsində yeni texnologiyaların tətbiqi, qlobal istiləşmə və kiberhücumlara qarşı birgə mübarizə yollarını müzakirə ediblər.

Görüş barədə Avstraliyanın Baş nazirinin fikirlərini sitat gətirən qəzet yazır: “Biz Hind-Sakit okean regionunda vəziyyəti ətraflı şəkildə müzakirə etmək və gələcəkdə ölkələrimiz arasında daha dərin əməkdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkan qazandıq”.

S.Morrison hazırda Avstraliya, ABŞ və Böyük Britaniya arasında ittifaqın heç vaxt olmadığı qədər möhkəm olduğunu da qeyd edib. Bildirib ki, bu gün keçirilən danışıqlar dünyaya eyni yanaşmanı bölüşən, uzun dostluq tarixinə və tərəfdaşlığa söykənən böyük dostların və müttəfiqlərin görüşü idi. Böyük Britaniyada keçirilən G7 sammitinin nəticələrini yüksək qiymətləndirən Baş nazir qeyd edib ki, bu, inkişaf etmiş iqtisadiyyatların və liberal demokratiyanın müasir dünyanın problemlərinə baxışlarının əlaqələndirilməsi üçün əlverişli imkan idi. İştirakçı ölkələrin sabit, açıq və sülhün mövcud olduğu Hind-Sakit okean regionunun və burada azad ticarətin formalaşmasına çalışdığını vurğulayan S.Morrison bunun ümumi maraqlara xidmət etdiyini də bildirib.

Həmçinin qeyd edilir ki, sammit çərçivəsində Avstraliyanın Baş naziri Cənubi koreyalı həmkarı Mun Çje İn, Yaponiyanın Baş naziri Yoşihida Suqa və Almaniyanın kansleri Anqela Merkellə də görüşüb. Bu görüşlərdə əsasən səhiyyə sisteminin inkişafı və postpandemiya dövründə əməkdaşlığın inkişafı müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video