20 Aprel 2021 00:24
647
DÜNYA
A- A+

Avropada minlərlə qaçqın uşaq itkin düşüb

 

Avropada 2018-ci ildən 2020-ci ilədək Avropa İttifaqına böyüklərin müşayiəti olmadan gələn və dövlət himayəsində olan 18292 qaçqın uşaq itkin düşmüşdür.

Bu fakt Almaniyanın rbb media şirkətinin Böyük Britaniyanın “Guardian” qəzeti və Niderlandın VPRO teleradio şirkəti ilə birgə hazırladığı tədqiqatda yer almışdır.

“İtmiş” uşaqların əksəriyyətinin Mərakeş, Əlcəzair və Eritreyadan gəldiyini bildirən təqiqatda deyilir ki, Fransa, Danimarka və Rumıniya müvafiq məlumatları toplamır, Bolqarıstan hökuməti isə həddi-büluğa çatmayanların ölkəyə böyüklərin müşayiəti ilə gəlib-gəlməməsinə fərq qoymur.

Almaniyada 2018-2020-ci illərdə böyüklərin müşayiət etmədiyi 7806 qaçqın uşaq itkin düşmüşdür. Onların 7082-si sonradan tapılmış, 724-ü isə hələ itkin düşmüş sayılır. Almaniya Federal Cinayət Polisi İdarəsi dəqiqləşdirmişdir ki, özünün statistika sistemində boşluqlar olduğuna görə göstərilən rəqəmlər təqribidir. Mütəxəssislər qeyd edirlər ki, statistikanın aparılmasında bu kimi qüsurlar yetkinlik yaşına çatmayanların istismar olunması riski yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video