11:44 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avropa İttifaqının liderləri Türkiyəyə səfər ediblər
ANA SƏHİFƏ / DÜNYA
23:00 07.04.2021


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Türkiyəyə səfər ediblər. Bu barədə yerli KIV xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qonaqları Ankarada qəbul edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vurğulayıb ki, Aİ-nin strateji məqsədi Şərqi Aralıq dənizində təhlükəsizlik və sabitlik, Türkiyə ilə qarşılıqlı səmərəli və faydalı münasibətlərdir.
Gündəlikdə olan digər məsələlər barədə fikir və mülahizələrini bölüşən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen vurğulayıb ki, Türkiyə 4 milyon qaçqına evsahibliyi edir. O, qeyd edib ki, "Avropa İttifaqının qaçqınlarla bağlı yardımlarını davam etdirməsi məsələsində qərarlıyıq."
Avropa İttifaqı rəhbərlərinin Türkiyəyə səfərini yüksək dəyərləndirən Prezidentin müşaviri İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ilə əlaqələrdə Türkiyənin perspektivlərini ortaya qoyduğunu xatırladaraq müzakirə olunan məsələlər barədə ümumi məlumat verib. Görüşdə həmçinin davamlı sabitlik və təhlükəsizlik naminə DEAŞ, PKK/YPG və FETÖ kimi terror təşkilatlarına qarşı ortaq mübarizə aparmağın əhəmiyyəti qeyd olunub.
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM