22 Iyun 2021 12:34
972
İDMAN
A- A+

Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib

 

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, 41 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üç üzvü yarımfinal uğrunda mübarizə aparıb. İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov (64 kq) dörddəbir finalda Almaniya təmsilçisi David Gevorqyan ilə üz-üzə gəlib. Boksçumuz gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. R.Rüstəmov finala vəsiqə uğrunda israilli Ahmad Ştivi ilə qarşılaşacaq.

Digər boksçularımız Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3, Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 hesabı ilə məğlub olaraq medalın bir addımlığında mübarizəni dayandırıblar.

Turnirin final görüşləri iyunun 24-də olacaq. Mükafat fondu 320 min dollar olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, üçüncü yerin sahiblərinin hər biri 2 min dollar məbləğində mükafata sahib olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video