11:14 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Avronun yaradılmasının ideoloqu Robert Mandell vəfat edib
ANA SƏHİFƏ / DÜNYA
14:48 06.04.2021

 

Avronun yaradılmasının ideoloqu, kanadalı iqtisadçı və Nobel mükafatı laureatı Robert Mandell 88 yaşında vəfat edib.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, Robert Mandellin fəxri professor vəzifəsində çalışdığı Kolumbiya Universitetinin iqtisadi tədqiqatlar proqramının direktor müavini Sofiya Conson bu informasiyanı təsdiqləyib.

Robert Mandell müddəalarından Avropa İttifaqının vahid valyuta sahəsini yaratmaq üçün istifadə olunan “optimal valyuta zonası” nəzəriyyəsinin qurucusudur. O, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Alim açıq bazarlar, azad ticarət və dövlətin iqtisadiyyatda məhdud iştirakı ideyasının tərəfdarı olub. ABŞ Prezidenti Ronald Reyqan özünün iqtisadi siyasətində onun ideyalarından geniş istifadə edib.

Robert Mandell karyerası boyunca BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına, habelə ABŞ, Kanada, Çin və Latın Amerikası hökumətlərinə məsləhətlər verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM