20 Iyun 2021 11:22
9635
İDMAN
A- A+

"Avro-2020”: İspaniya-Polşa matçında qalib müəyyənləşməyib

 

“Avro-2020”nin E qrupu çərçivəsində keçirilən İspaniya-Polşa matçı ilə çempionatın qrup mərhələsinin ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Sevilyadakı Olimpiya stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İspaniya millisinin heyətində Alvaro Morata matçın 25-ci dəqiqəsində hesabl açıb. Lakin Polşa komandasının hücumçusu Robert Levandovski 54-cü dəqiqədə hesabı bərabərləşdirib.

Bu qrupun digər oyununda İsveç Slovakiyanı minimal hesabla məğlub edib.

Hesabında 4 xal olan İsveç millisi qrupun lideridir. Slovakiya millisi 3 xalla ikinci, İspaniya yığması isə 2 xalla üçüncü pillədə qərarlaşıb. Polşa seçməsinin aktivində 1 xal var.

E qrupunun iyunun 23-də paralel keçiriləcək oyunlarında iyunun İsveç seçməsi Polşa, Slovakiya isı İspaniya ilə qarşılaşacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video