18 Avqust 2020 00:22
1276
Fərmanlar
A- A+

“Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);

1.2. həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.2. həmin Qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.3. həmin Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

2.4. həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

3.1. aşağıdakı normativ-hüquqi aktları iki ay müddətində təsdiq etsin:

3.1.1. "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını;

3.1.2. həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsünlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2020-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video