25 Fevral 2012 02:02
310
SİYASƏT
A- A+

ATƏT PA-nın qış sessiyasında deputatların diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldilmişdir

 

Fevralın 23-də Vyanada ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) 11-ci qış sessiyası isə başlamışdır.

Sessiyanın ilk günü ATƏT PA-nın hər üç komitəsinin birgə iclası olmuşdur. İclasda ATƏT PA-nın prezidenti Petros Eftimiu və Avstriya Parlamentinin prezidenti xanım Barbara Prammer açılış nitqi ilə çıxış etmişlər. Sonra ATƏT-in baş katibi Lamberto Zannyer ATƏT məkanındakı cari vəziyyət, eləcə də rəhbərlik etdiyi qurumla Parlament Assambleyası arasındakı əməkdaşlıq barədə çıxış etmişdir. Sonra baş katib ATƏT məkanında keçirilən seçkilərə nəzarət, təhlükəsizliyin gücləndirilməsi, radikallaşmanın terrorizmə çevrilmə təhlükəsi və bundan törəyən fəsadlar, Gürcüstandakı ATƏT missiyası, Suriyadakı cari vəziyyət və digər mövzular barədə deputatların ünvanladığı sualları cavablandırmışdır.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova söz alaraq deputatların diqqətini həll olunmamış münaqişələr və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarına, onlara qarşı törədilmiş soyqırımına yönəltmişdir. Vitse-spiker qeyd etmişdir ki, bu günlərdə Azərbaycan xalqı insanlığa qarşı ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 20-ci ildönümünü qeyd edir. B.Muradova Fransa Senatının məlum qərarının söz və fikir azadlığının məhdudlaşdırdığını, Fransanın Minsk qrupu həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində obyektivliyini sual altına qoymuş olduğunu vurğulamışdır.

Sessiya zamanı B.Muradova, həmçinin Dubrovnikdə ATƏT PA-nın payız sessiyası çərçivəsində keçirilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi debatlardan Azərbaycan parlamentarilərinin gözləntiləri ilə bölüşmüşdür. O, ATƏT PA-nın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında  görüşlərin keçirilməsində yardımçı olacağına xüsusilə ümidli olduğunu ifadə etmişdir.

Qış sessiyası fevralın 24-də işini davam etdirəcəkdir.

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Vyana

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video