09:40 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 22.10.2021

22 oktyabr


00:14 22.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ATƏT-in Minsk qrupu səylərini daha da artırmalıdır
ANA SƏHİFƏ / PARLAMENT
02:09 12.09.2012

 

Milli Məclisin Sədri Oqtay Əsədov: "20 ildir hüquqları pozulmuş 1 milyon azərbaycanlının haqq səsini eşidən yoxdur"

 

Sentyabrın 11-də Azərbaycanda səfərdə olan ATƏT-ə üzv ölkələrin səfirləri Milli Məclisin Sədri Oqtay Əsədovla görüşüblər.

Qonaqları salamlayan Oqtay Əsədov bildirib ki, Azərbaycan Milli Məclisi ATƏT-lə çox yaxşı münasibətlər qurub. Bu təşkilatda təmsil olunan Azərbaycan nümayəndə heyəti bütün tədbirlərdə yüksək səviyyədə iştrak edir.

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas məqsədindən biri Avropaya inteqrasiyadır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan son illərdə dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulub. Azərbaycan Cənubi Qafqazda lider ölkə kimi qəbul olunur. Qafqazda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Oqtay Əsədov diqqətə çatdırıb ki,  bu durumun daha da yaxşılaşması üçün böyük imkanlar var. Ancaq Cənubi Qafqazdakı hərbi münaqişələr, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün bərqərar olmasına, iqtisadi imkanların artmasına mane olur. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildir bu istiqamətdə fəaliyyət göstərir. Bu müddət ərzində Minsk qrupu müxtəlif təklif və prinsiplər irəli sürüb. Lakin Ermənistan tərəfi hər dəfə ATƏT-in təklif etdiyi prinsiplərdən imtina edir: "Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu işğal edib və  1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Çox təəssüflə qeyd etməliyəm ki, 20 ildir hüquqları pozulmuş 1 milyon insanın haqq səsini nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar eşitmirlər. Həmin qaçqın və məcburi köçkünlərin övladlarının artıq 20 yaşı var və onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Ona görə də hesab edirəm ki, ATƏT-in Minsk qrupu bu istiqamətdə səylərini daha da artırmalıdır. Ancaq biz qətiyyətsizliyin şahidi oluruq".

Milli Məclisin Sədri daha sonra diqqətə çatdırıb ki, bu günə qədər işğalçı ilə işğal olunmuş ölkə arasında heç bir fərq qoyulmur. Sanki mövcud status-kvo hər kəsi qane edir. Ancaq bu vəziyyət Azərbaycanı qane etmir. Oqtay Əsədovun sözlərinə görə, bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası vacibdir. Lakin həm BMT, həm də digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi sənədlər hələ də masa üzərində qalır. Azərbaycan isə bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. 

Milli Məclisin Sədri Macarıstandan ekstradisiya edilərək Azərbaycana gətirilən Milli Ordunun zabiti Ramil Səfərovun əfv edilməsi ilə bağlı bəzi dövlətlərin narahatlıqlarına da münasibət bildirib. O.Əsədov deyib ki, macarıstan Beynəlxalq Konvensiyaya uyğun olaraq, Ramil Səfərovu ekstradisiya edib. Lakin bu prosesdən sonra müxtəlif açıqlamalar, bəyanatlar verilib. Azərbaycana qarşı ikili standartlarla yanaşılması bu prosesdə də özünü göstərib. Ermənistan isə bundan istifadə edir. Azərbaycanın xaricdəki səfirliklərinin nümayəndələri ölümlə hədələnir. Buna isə heç bir reaksiya verilmir.

Oqtay Əsədov bir daha vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına ümidini itirməyib və istənilən səviyyədə danışıqlara hazırdır.

Görüşdə Norveçdən olan səfir Robert Kvil qeyd edib ki, onlar əvvəlcə Ermənistana, sonra isə Azərbaycana səfər ediblər. Hər iki ölkədə keçirilən görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. Görüşlərdə Cənubi Qafqazda iqtisadiyyat, ətraf mühit, demokratiya və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM