06:11 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
00:23 23.10.2021 BİLDİRİŞ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ASAN dəstək,  şəffaf xidmət

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 23.09.2021

 

Prezident İlham Əliyevin 5 il öncə Masallıda açılışını etdiyi “ASAN Həyat” kompleksi cənub bölgəsində vətəndaşlara nümunəvi xidmətin əsas ünvanıdır

 

Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Salyan, Biləsuvar və Masallı rayonlarına səfəri zamanı açılışında iştirak etdiyi obyektlərdən biri də Masallı “ASAN Həyat” kompleksi idi.

Şəhərin Heydər Əliyev prospektində yerləşən kompleks respublikamızın cənub zonasının möhtəşəmliyi ilə seçilən yeni ünvanlarından biridir. 4 mərtəbəli inzibati binadan və ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalardan ibarət olan kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, ABAD etnobutik, Kinoklub, İncəsənət mərkəzi, “ASAN İntellektual” inkişaf mərkəzi, “ASAN kafe” fəaliyyət göstərir.

 

İndiyədək “ASAN xidmət”ə 47 milyona yaxın müraciət daxil olub

 

Öncə xatırladaq ki, hazırda respublikamızda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Bakıda daha 1 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır. Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları,  həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bugünədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 564 mindən çox  vətəndaşın 46 milyon 665 mindən artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 420 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

 

Operativlik, şəffaflıq və vətəndaş məmnuniyyəti...…

 

Masallı “ASAN həyat” kompleksinin nüvəsini təşkil edən regional “ASAN xidmət” mərkəzi açılışdan 17 gün sonra - 2016-cı il sentyabrın 20-də tam fəaliyyətə başlayıb. Artıq 5 ilini geridə qoyan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilk gündən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Təsadüfi deyil ki, fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif xidmətlərlə bağlı bura müraciət edən 1 milyon 247 min nəfərdən çox vətəndaşın məmnunluq göstəricisi maksimum səviyyədədir. Bu günlərdə fəaliyyətinin 5 ilinin tamam olması münasibətilə Masallı regional “ASAN xidmət” mərkəzindən reportaj hazırlayarkən deyilənlərin şahidi olduq.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin məlumatına görə  Masallı regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir.

Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 167 mindən çox vətəndaş yararlanıb. 

Bütün “ASAN xidmət”lərdə olduğu kimi,  Masallı regional “ASAN xidmət” mərkəzində də vətəndaşların qarşılanmasından tutmuş müraciətlərə  baxılmasına kimi bütün proseslər xoş təəssüratlar yaradır. Elə ilk andan gülərüzlə qarşılanan vətəndaş müraciətinə çevik və operativ şəkildə baxılacağına və həll ediləcəyinə əmin olur, tamamilə fərqli bir xidmət məkanına düşdüyünün fərqinə varır. Düzdür, bir müddətdir ki, “ASAN xidmət”lərdə vətəndaşların inzibati binalara daxil olmasından tutmuş bütün digər proseslərə qədər işlər COVID-19 təhlükəsinə görə sosial məsafə tələbləri gözlənilməklə icra olunur. Amma bu “ASAN xidmət” konseptinin əsas elementlərindən olan vətəndaşların ən yüksək səviyyədə qarşılanması  və müraciətlərinə çevik şəkildə baxılması kimi prinsiplərin pozulmasına səbəb olmur.

Masallı regional “ASAN xidmət”də söhbətləşdiyimiz yerli sakin Şəhla Əkbərova göstərilən xidmətdən məmnunluğunu ifadə etdi: “Bura bir neçə dəfə gəlmişəm. Hər dəfə də məmnun şəkildə evə qayıtmışam. Binaya girən andan vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir. Müraciətim torpaq alqı-satqısı ilə bağlı idi. Çox sağ olsunlar, müraciətimizə baxıldı və alqı-satqı prosesini həyata keçirdik”.

Ramiz Məmmədov da Masallı regional “ASAN xidmət”ə daim müraciət edən vətəndaşlardan biridir. “Dəfələrlə müraicət etmişəm, şəxsiyyət vəsiqəsi almaq üçün notarius xidmətləri və sair. Hər dəfə də buradan böyük razılıqla, məmnunluqla qayıtmışam. Bir dəfə də olmayıb ki, nəyəsə görə əsəbləşim. Binaya daxil olandan işini yekunlaşdırana qədər kollektivin səmimi, gözəl münasibəti ilə qarşılaşırsan. Ona görə belə bir xidmət mərkəzinin yaradılmasına və vətəndaşlara göstərilən yüksək xidmətə görə birinci növbədə dövlət başçısına minnətdarıq”.

 

Xidmətin operativ həyata keçirilməsində könüllülərin rolu böyükdür 

 

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. İndiyədək bu prosesə 27 mindən çox könüllü gənc qoşulub. Bugünə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 650-dən çox layihə həyata keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Masallı regional “ASAN xidmət” mərkəzində də xidmətin operativ həyata keçirilməsində, vətəndaş məmnuniyyətinin təmin olunmasında könüllülərin rolu böyükdür.  Qeyd edək ki, ötən 5 ildə burada  fəaliyyət göstərən 596 könüllüyə, o cümlədən səyyar “ASAN xidmətdə  fəaliyyət göstərən 369 könüllüyə sertifikatlar verilib.

Mərkəzdə könüllülərin bir neçəsi ilə söhbət etdik. Aydan Abışlı Masallının Qızılağac kəndində yaşayır. Bakı Dövlət Sosial-İqtisadi Kollecinin  maliyyə ixtisası üzrə məzunudur. Hazırda Masallı regional “ASAN xidmət” mərkəzində könüllü olaraq fəaliyyət göstərir. “Bizim burada əsas işimiz vətəndaşların qarşılanması, məlumatlandırılması, yönləndirilməsi, ərizə və anketlərin doldurulması, vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi üçün sorğuların götürülməsidir.  Həmçinin könüllülük fəaliyyətimizin maraqlı keçməsi üçün müxtəlif tədbirlərdə və təlimlərdə  iştirak edirik. Yaxşı ki, könüllülər sırasına qatılmışam və təcrübə qazanmışam”, -deyə o bildirir.

İsmayıl Teymurov Masallı sakinidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir.  İnformasiya texnologiyaları ixtisası üzrə  təhsil alır. Onun sözlərinə görə, Masallı regional “ASAN xidmət” mərkəzinə könüllü fəaliyyət göstərmək üçün müraciət edib, müsahibədən uğurla keçib və iki aya yaxındır ki, burada fəaliyyət göstərir: “İşimiz vətəndaş axınının idarə olunmasıdır. Könüllülük  fəaliyyəti mənim daha uğurlu gələcək karyeram üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki könüllülük ictimai həyata atılan ilk addımdır”.

 

“ASAN Həyat” kompleksinin xidmət sferası genişdir

 

Masallı “ASAN Həyat” kompleksi vətəndaşlara layiqli xidməti geniş sferada həyata keçirir. Bu kompleksin tərkibində vətəndaş məmnuniyyətinə yol açan digər xidmət sferaları da yaradılıb. Məsələn, buradakı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok - konteynerlər təqdim edilib. Bugünə qədər Masallıda 10 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem, çay istehsal edilir.

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brendləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində yerlərini tutub.

2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, ötən ildən etibarən kompleksin ərazisində “ABAD”ın etnobutiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM