08 Sentyabr 2018 09:28
809
CƏMİYYƏT
A- A+

Armudu günün hansı saatlarında yemək daha faydalıdır?


Qonaqpərvər azərbaycanlı süfrəsinin əvəzolunmaz meyvələrindən biri armuddur. Bu meyvənin həm dadı, həm ləzzəti, həm də müxtəlif sortlarının ətri və rəngarəng estetik görünüşü hamımıza yaxşı məlumdur. Yayda armudun özünü, digər fəsillərdə isə bu meyvənin qurusunu, yaxud ondan hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahla yeyirik. Amma çoxumuz nə bu meyvəni günün hansı saatlarında yeyilməsini, nə də hansı xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etməyin daha faydalı olduğunu bilmirik.

Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, armud zəngin kimyəvi tərkibə malikdir. Bu meyvə yüksək keyfiyyətli və qidalı olduğundan qədim zamanlardan becərilir. Meyvələrin tərkibində şəkər, turşular, dabbaq maddələri, kül elementləri, müxtəlif vitaminlər və mikroelementlər var. Armud meyvələri həm təzə, həm də qurudulmuş halda istifadə edilir. Hər 100 qram meyvə 50 kilokalori enerjiyə malikdir.

Armudda olan C vitamini damarların elastikliyini artırır, K vitamini qanda kalsiumun həddən artıq olmasının qarşısını alır, B9 (foli turşusu) qanyaratma prosesində iştirak edir, bitki hüceyrələrinin qabığını təşkil edən sellüloza zərərli xolesterinin səviyyəsini azaldır, bağırsağın mikroflorasını nizamlayır, öd kisəsində daş yığımına mane olur, mədədə toxluq yaradır, kükürd isə dəri, sümük və saçlara faydalıdır.

Armud min illərdir ki, xalq təbabətində geniş istifadə olunur. Xüsusilə prostatın müalicəsində armuddan hazırlanmış kompot yaxşı nəticə verir. Əlli yaşından yuxarı kişilər qış üçün armud quruları hazırlayıb kompotundan istifadə etsələr, prostat fəsadlarından uzaq olarlar. Bu, həm müalicə, həm də profilaktika üçün faydalıdır. Meyvələrdə olan arbutin adlı antibiotik mikrobları məhv edir. Bağırsağın florasına və mikroblara təsir göstərməklə böyrəklərin və sidik kisəsinin işini yaxşılaşdırır.

Təzə meyvələr az miqdarda yeyildikdə həzmi nizamlayır və orqanizm tərəfindən asan mənimsənilir. Təzə armud meyvələri ağır göbələk zəhərlənmələri, ürək döyüntüləri, sidik kisəsinin soyuqlaması zamanı yaxşı köməkçidir. O, həzmi yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir, gərginliyi azaldır, bağırsağın işini nizamlayır, öd çıxımını fəallaşdırır, maddələr mübadiləsinə kömək edir. Armud meyvələri profilaktiki və müalicə vasitəsi kimi ürək, qara ciyər, böyrək, piylənmə, şəkərli diabet xəstəlikləri, kapilyarların keçiricilik qabiliyyətinin pozulması zamanı pəhriz üçün qidaya daxil edilir. Armud meyvələrindən çəkilmiş təzə şirə qızdırmalı xəstələrdə yanğını söndürür, ağrıkəsici, antiseptik, antibakterial və virusu neytrallaşdırma təsirinə malik olur. Armud şirəsi, həmçinin bədxassəli şişlər, nefrit, sistit, ishal zamanı büzüşdürücü, möhkəmləndirici, qızdırma salan vasitə kimi də istifadə olunur. Bu məqsədlə ½-1 stəkan şirəyə 1 xörək qaşığı bal qatıb gündə 3 dəfə içmək lazımdır.

Təzə armud və onun emal məhsulları (cövhər, kompot, həlim və sair) böyrəklərin, sidik yollarının infeksion xəstəliklər zamanı yaxşı müalicə vasitəsidir. Armud həlimi ürək-damar sisteminin, qara ciyərin və öd yollarının xəstəliyi zamanı sidikqovucu və ödqovucu vasitə kimi istifadə edilir. Qurudulmuş armud meyvələrinin həlimi soyuqdəymə, ishal və öskürək zamanı müsbət təsir göstərir. Bronxit, ağ ciyər vərəmi, təngnəfəslik (boğulma) xəstəlikləri, öskürək zamanı bişirilmiş və qızardılmış armud meyvələri məsləhət görülür. Baş ağrılarını azaltmaq üçün qatı armud həlimindən hazırlanmış kompres yaxşı nəticə verir. Armud həlimi (xüsusən cır meyvələr) diarreya xəstəliyinə qarşı da yaxşı təsir göstərir. Şəkərli diabet və piylənmə xəstəliyinə tutulmuş xəstələrə şəkərsiz armud kompotu içmək məsləhət görülür.

Uşaqlarda ishal və mədə pozuntuları olduqda onlara armud meyvələrindən hazırlanmış kisel içmək tövsiyə olunur. Armud toxumları qurdqovucu xüsusiyyətlidir.

Lakin nəzərə almaq lazımdır ki, armud ac qarına yeyildikdə mədəyə ağırlıq verir . Ona görə də armud yeməkdən ən azı bir saat sonra yeyilə bilər. Təsadüfi deyil ki, qədim Şərq misalında deyildiyi kimi, səhərlər alma ürəyə gül, armud isə zəhərdir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video