24 Noyabr 2011 02:11
336
SİYASƏT
A- A+

Argentinanın Milli Kitabxanasında Azərbaycan ilə bağlı nəşrlərdən ibarət fond yaradılmışdır

 

Argentinanın paytaxtı Buenos-Ayresdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlamışdır.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti Argentinaya səfər etmişdir.

Argentinanın Milli Kitabxanasında Azərbaycan haqqında nəşrlərdən ibarət fondun yaradılması ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Mərasimi açan səfir Məmməd Əhmədzadə Argentina Milli Kitabxanası kimi Latın Amerikasının aparıcı elmi, intellektual və mədəni mərkəzlərindən birində ölkəmiz haqqında müxtəlif dillərdə nəşrlərdən ibarət fondun yaradılmasını mühüm hadisə kimi qiymətləndirmişdir. Diplomat səfirlik tərəfindən Argentina Milli Kitabxanasına hədiyyə olunan 100-dən artıq müxtəlif dillərdə kitab, jurnal və materiallardan ibarət nəşrlərin siyahısını və Heydər Əliyev Fondunun hazırladığı "Azərbaycan" kitabını Milli Kitabxananın prezidenti, Argentinanın tanınmış sosioloqu və ictimai xadimi Horasio Qonzalesə təqdim etmişdir. Azərbaycan nümayəndə heyəti adından çıxış edən A.Mollazadə respublikamızın tarixən müxtəlif sivilizasiyaların qovşağında yerləşən çoxmədəniyyətli bir ölkə olduğunu vurğulamışdır. Deputat Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsindən danışaraq bu gün də ölkəmizin sivilizasiyalararası dialoqa, habelə Xəzər bölgəsi ilə Avropa arasında əməkdaşlığa verdiyi töhfələrdən bəhs etmişdir.

Tədbirdə Azərbaycan ilə bağlı fonddakı nəşrlər, ölkəmizin görməli yerlərini əks etdirən fotosərgisi və milli mətbəximizin ləziz nümunələri təqdim olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video