29 Dekabr 2011 01:12
342
DÜNYA
A- A+

Argentina Prezidentində xərçəng xəstəliyi tapıldı

 

Argentina Prezidenti Kristina Fernandes de Kirşnerin qalxanvari vəzində xərçəng aşkar edilmişdir. Bu barədə dövlət başçısının mətbuat katibinə istinadən "Frans Press" agentliyi xəbər verir.

Məlumata görə, xəstəlik dekabrın 22-də tibbi müayinə zamanı aşkarlanmışdır. Yanvarın 4-də Kirşner əməliyyat olunmalıdır.

Kristina Fernandes de Kirşner bu il oktyabrın 23-də ikinci dəfə ölkə Prezidenti seçilmişdir. O, seçicilərin 55 faiz səsini qazanmışdır. Kirşner ilk dəfə 2007-ci ildə ölkə başçısı seçilmişdi. O bu vəzifədə həyat yoldaşı Nestor Kirşneri əvəzləmişdi. Ötən ilin noyabrında Nestor Kirşner ürək tutmasından vəfat etmişdir.

58 yaşlı Kristina Fernandes de Kirşner hakimiyyəti illərində nail olduğu iqtisadi artım sayəsində argentinalılar arasında böyük populyarlığa malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video