05 Oktyabr 2012 03:10
270
PARLAMENT
A- A+

Argentina Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

 

Oktyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb.

Oqtay Əsədov bildirib ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər ikitərəfli münasibətlərin, xüsusən də parlamentlərarası əlaqələrin daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Argentina ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. İki ölkə arasında imzalanmış sənədlər münasibətlərin inkişafının hüquqi bazasını təşkil edir. Hazırda əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə xidmət edən onlarla sənəd baxılmaq üzrədir. O.Əsədov diqqətə çatdırıb ki, Milli Məclis Argentina parlamenti ilə mövcud münasibətləri dərinləşdirmək niyyətindədir: "Hesab edirik ki, bu, xalqlarımız və ölkələrimiz arasında sıx əlaqələrin yaradılması baxımından olduqca vacibdir. Argentina Milli Konqresinin hər iki palatasında ölkəmizlə dostluq qruplarının yaradılmasını alqışlayırıq. Milli Məclisdə də belə bir qrup fəaliyyət göstərir. Bu qrupların parlamentlərarası əlaqələrin daha da intensivləşməsinə mühüm töhfə verəcəyinə inanırıq".

Milli Məclisin Sədri onu da vurğulayıb ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə son illər yüksəliş müşahidə olunmaqdadır. Mövcud imkanlardan maksimum istifadə olunması ticarət dövriyyəsinin artımına müsbət təsirini göstərə bilər.

Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleron ölkəmizə səfərlərindən məmnun qaldığını söyləyib. O, Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda iştiraklarını və səfər çərçivəsində keçirdikləri görüşləri yüksək dəyərləndirib. Qonaq bildirib ki, Argentina Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir.

Parlamentlər səviyyəsində münasibətlərin daha da dərinləşməsinin əhəmiyyətindən danışan qonaq hər iki ölkənin regionları arasında da əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Roberto Mario Mouilleron ümidvar olduğunu bildirib ki, Bakıda Argentina səfirliyi fəaliyyətə başladıqdan sonra Azərbaycanla əlaqələr daha intensiv xarakter alacaqdır.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, iqtisadiyyatın qeyri-neft sektorunda əməkdaşlığın dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video