17 Yanvar 2012 02:01
411
İQTİSADİYYAT
A- A+

ARDNŞ bütün əməkdaşlarını tibbi sığorta etdirib

 

Dövlət Neft Şirkətinin nəzdində olan səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin balansına verilməsi ilə əlaqədar neftçilərin tibbi təminatında heç bir dəyişiklik baş verməyib. Bunu "APA-Economics"ə açıqlamasında ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

Tibb müəssisələri ARDNŞ-in balansında olanda şirkət əməkdaşları burada böyük güzəştlərə malik idilər. E.Orucovun sözlərinə görə, bu məsələnin həlli üçün ARDNŞ-in əməkdaşları bütünlüklə tibbi sığorta olunub: "Biz bu məsələni beynəlxalq neft şirkətlərindəki qaydalara və standartlara uyğun həll etmişik. Bununla bağlı sığorta şirkətləri arasında aparılan kotirovka sorğusu zamanı ən yaxşı şərtləri "PAŞA Sığorta" şirkəti təqdim edib. Şirkətin təqdim etdiyi, ən geniş xidmətləri nəzərdə tutan "Gold Paket" hər işçi üçün 294 manata başa gələcək". E.Orucovun sözlərinə görə, digər şirkətlər belə paketi 400-500 manata təklif edib. Ümumilikdə şirkətin 76 mindən artıq əməkdaşının hamısı bu üsulla sığortalanıb. Bu qayda artıq yanvarın 1-dən qüvvəyə minib. Sığorta şirkəti ilin əvvəlindən indiyədək neftçilərə 1 milyon manatlıq tibbi xidmət göstərildiyini bildirib.

Sığorta müqaviləsinə görə, neftçilərə tibbi xidmətlər əvvəlki kimi təkcə Neftçilər Xəstəxanasında deyil, ölkənin bütün iri və müasir səhiyyə müəssisələrində, o cümlədən Mərkəzi Klinik Xəstəxanada, eləcə də regionlarda göstəriləcək.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video