11 Avqust 2021 00:49
906
İQTİSADİYYAT
A- A+

Aqrar sığortanın tətbiqi ilə bağlı fermerlərlə görüşlər keçirilir

 

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun nümayəndələri Şəki rayonunda fermerlərlə görüşlər keçirib.

Şəki şəhər icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər rayonun iri kənd təsərrüfatı əraziləri sayılan Orta Zəyzid, Baş Güngüt, Baş Dəhnə kəndlərində və Turan qəsəbəsində keçirilib. Görüşlərdə yerli əhali və fermerlərə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta, onun tətbiqi məqsədləri, işləmə mexanizmi barədə məlumat verilib. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, sığorta haqları, sığorta hadisəsi baş verərkən ödəniş prosesi və sair detallar açıqlanıb.

Görüşlərdə səslənən məlumatlar kənd təsərrüfatı sahəsində çalışan sakinlərin böyük marağına səbəb olub. Yerli fermerlər ödəniş prosesinin detalları, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı çoxsaylı suallar qaldırıb. Fermerlər sığortalanan təsərrüfatlar üçün nəzərdə tutulan tələblər və bu tələblərə əməl edilməsi ilə bağlı detallarla maraqlanıblar. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, südlük inək və camışlar, eləcə də balıqçılıq təsərrüfatları sığortalanır. Dövlət dəstəkli aqrar sığortanın əsas xüsusiyyəti - sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.

Fermerlərə bildirilib ki, təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaq. Görüşlərdə son dövrlər dünyada, regionda və Azərbaycanda baş verən təbii fəlakətlər, onların kənd təsərrüfatına vurduğu zərər xatırlanıb və fermerlərə tövsiyə olunub ki, qarşıdan gələn payızlıq taxıl əkini dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video