Aqrar sektor ümumi inkişafdan geri qalmır
İndi əksər kənd təsərrüfatı məhsullarına olan daxili tələbat yerli istehsal hesabına ödənilir
Ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı da sürətlə inkişaf edir. Buna səbəb dövlətin aqrar sektora xüsusi önəm verməsidir. Son bir neçə ildə aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artır. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bunun nəticəsində ölkəmizdə aqrar sektorda məhsul istehsalının artması yeni emal müəssisələrinin yaradılması tələbatını orta qoyur.
Hazırda ölkəmizdə bu istiqamətdə böyük işlər görülür. Fermerlər bölgələrdə yaradılan yeni emal müəssisələrinə istehsal etdikləri məhsulları rahat sata bilirlər. Hətta bir çox hallarda emal müəssisələri ilə fermerlər arasında əvvəlcədən məhsulun alınması barədə müqavilə imzalanır. Bu da hər iki tərəf üçün sərfəlidir. Belə ki, fermer əvvəlcədən bilir ki, istehsal etdiyi məhsulun alıcısı var. Emal müəssisələrində isə xammalla təmin olunmasında əminlik yaranır. Lakin bu sahədə olan bütün problemlərin tam həllini tapdığını demək hələ tezdir. Bu problemin ciddiliyinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Ona görə yeni emal müəssisələrinin yaradılması üçün əlavə kreditlər verilməlidir. Bu mövsümdə bəzi hallarda kənd yerlərində fermerlər tərəfindən yığılmış məhsul bir müddət əllərdə qalmışdı, çünki emal müəssisələrinin gücü çatmırdı. Ona görə çatmırdı ki, çünki gözləmirdilər ki, istehsal bu qədər artacaqdır. İstehsal da artır, bu, çox yaxşıdır. Ona görə biz növbəti illərdə yeni emal müəssisələrinin yaradılması üçün kreditlər ayırmalıyıq ki, istehsal olunan bütün kənd təsərrüfatı məhsulları bizim emal müəssisələrində emal olunsun və hazır məhsul kimi ixrac edilsin".
Bildiyimiz kimi, kənd təsərrüfatı məhsulları tez xarab olur. Bu səbəbdən fermerlər məhsullarını mövsüm ərzində dəyər-dəyməzinə satırdılar. Bu da fermerlərə çəkdikləri zəhmət müqabilində çox qazanc əldə etməyə imkan vermirdi. Nəticədə fermerlərin məhsul yetişdirməyə marağı azalırdı. Bunun qarşısını almaq üçün dövlət regionlarda məhsul saxlama anbarlarının tikintisi üçün güzəştli şərtlərlə kreditlər verməyə başladı və həmin kreditlər hesabına sahibkarlar yerlərdə saxlama anbarları tikdilər. Kəndlilər artıq öz məhsullarını həmin anbarlarda saxlamaqla məhsullarını istədikləri vaxt istədikləri qiymətə sata bilirlər. İndi dövlət daha kiçik fermerlər üçün əlçatan mini anbarların tikilməsi üçün güzəştli şərtlərlə kreditlər verir.
Dövlətin aqrar sektora etdiyi yardımlar məhsul istehsalında da özünü göstərir. Ötən ilin 9 ayının göstəricilərinə görə, kənd təsərrüfatında məhsul istehsalı artımı 7,6 faiz olmuşdur. Artıq kənd təsərrüfatında əksər növ bitkiçilik məhsullarının yığımı başa çatmışdır. Dekabrın 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 967 min hektar taxıl sahəsinin hər hektarından orta hesabla 25,4 sentner olmaqla 2457,9 min ton dənli və dənli paxlalı məhsul toplanmışdır. Məhsulun 93,8 faizi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 6,2 faizi qarğıdalı dənidir. Həmçinin mövsüm ərzində sahələrdən 477,9 min ton bostan məhsulları və 1196,5 min ton tərəvəz toplanmışdır. Kartof istehsalı 1,6 faiz azalsa da, hər hektarın orta məhsuldarlığı 144 sentner olmuşdur. Keçən il pambıqçılıqda böyük nailiyyətlər qazanılmışdır. Belə ki, 2010-cu illə müqayisədə ötən il tarlalardan 64,5 faiz xam pambıq yığılmışdır. Eyni zamanda, tütünçülük sahəsində də inkişaf qeydə alınmışdır. Ötən il tütün əkini sahəsi 6,5, istehsalı isə 10,6 faiz artmış və qurudulmuş çəkidə 3,6 min ton tütün yarpağı yığılmışdır.
Azərbaycanda iri şəkər istehsalı müəssisəsinin yaradılması fermerləri şəkər çuğunduru əkməyə sövq edir. Bunun nəticəsidir ki, 2010-cu illə müqayisədə ötən il çuğundur istehsalı 7,9 dəfə artmışdır. Heyvandarlıq məhsullarının istehsalı sahəsində də ilbəil artım müşahidə edilir. 2011-ci ilin 11 ayı ərzində diri çəkidə 417,2 min ton ət, 1491,5 min ton süd, 916,5 milyon ədəd yumurta və fiziki çəkidə 15,9 min ton yun istehsal olunmuşdur. Bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə ət istehsalının 4,2, süd istehsalının 6,5, yun istehsalının 3,5 faiz artması deməkdir. Ümumilikdə isə ötən ilin 11 ayında kənd təsərrüfatında məhsul istehsalı artımı 2010-cu ilin eyni dövrü ilə müqayisədə 6,8, o cümlədən bitkiçilik məhsulları istehsalında 9,4, heyvandarlıqda 3,6 faiz çoxalıb.
Aqrar sektorda həyata keçirilən islahatlar, bu sektora dövlət tərəfindən göstərilən qayğı sayəsində ölkədə bir sıra kənd təsərrüfatı məhsulları istehsalı daxili tələbatı üstələyir. Belə halda məhsulun xaricə ixracı barədə düşünmək lazım gəlir. Dövlət tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır. Bununla bağlı Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Bundan sonra kənd təsərrüfatı ilə bağlı tədbirlər ardıcıllıqla aparılacaqdır. Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə, nəzərə alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını gözləyirlər, biz sadəcə olaraq, siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin".
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!