08 Oktyabr 2011 06:10
404
Mədəniyyət
A- A+

Antik dövrə aid yaşayış yeri aşkar olunmuşdur

 

Salyan rayonunun Çuxanlı kəndi ərazisində Ələt-Astara magistral yolunun çəkilişi zamanı qədim yaşayış yerinin izlərinə rast gəlinmişdir.

Həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri  professor Arif Məmmədovun rəhbərliyi ilə arxeoloji kəşfiyyat və qazıntı işlərinə başlanılmışdır. İlkin müşahidələr ərazidə antik və ilk orta əsrlər dövrünə aid olan yaşayış yeri, qəbiristanlığın olduğunu göstərir. Ərazidə I-III əsrlərə aid küp qəbirlər aşkar edilmişdir. Hazırda tədqiqatlar davam etdirilir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, A.Məmmədov Salyan rayonunun ərazisində antik dövrə aid yaşayış yerlərinin olmasını təbii sayır. O demişdir ki, antik dövr müəllifi olan Strabon da öz məlumatında gəmiçiliyə yararlı olduğu üçün Kür çayı boyunca iri yaşayış məntəqələrinin salındığını qeyd etmişdir. Salyan toponiminin adından da göründüyü kimi, bu ərazi gəmilərin yan aldığı və yüklərin boşaldığı ərazidir. Ərazi həm də Dərbənddən Ərdəbilə doğru ticarət karvan yolunun üzərində yerləşir. Bu da onun əhəmiyyətini daha da artırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video