12:21 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Antalya Fashion Week Digital 2021”də Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş “Böyük Qayıdış” adlı kolleksiya təqdim edilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
20:07 26.08.2021

 

Türkiyədə bu günlərdə baş tutan “Antalya Fashion Week Digital 2021”də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.

AZƏRTAC xəbər verir ki, kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.

Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş saç sancaqları isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM