Ankarada Azərbaycan-Türkiyə parlamentləarası əlaqələri müzakirə olunub
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyəti Ankarada Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb, iki qardaş ölkənin inkişafı xoş sözlərlə ifadə edilib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət!” ifadəsini xatırladan TBMM-in Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala son qoyulmasını tarixi hadisə kimi dəyərləndirilib, bunun Türkiyədə tükənməz sevinc yaratdığını diqqətə çatdırıb.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2016-ci ilin 15 iyul hadisələrinə münasibət bildirərək vurğulayıb ki, tarixin ağır sınaqlarından hər zaman üzü ağ çıxan Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, bu ağır terrorun, dövlət çevrilişi cəhdinin qarşısını mətinliklə alıb. Azərbaycan və Türkiyənin dövlətçilik tarixində paralellər aparan Milli Məclisinin komitə sədri 30 illik işğala son qoyulandan sonrakı vəziyyətdən bəhs edərək əminliklə bildirib ki, Zəngəzur dəhlizinin açılması iki qardaş ölkə, o cümlədən türk dünyasının inteqrasiyasında tamamilə yeni mənzərə yaradacaq.
Sonra tərəflər Azərbaycan və Türkiyə parlamentlərinin komitə və komissiyaları arasında, o cümlədən beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlıq əlaqələrinin daha səmərəli davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Diqqətə çatdırılıb ki, ölkələrimiz istər 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasında, istərsə də Qarabağ Zəfərinin qazanılmasında bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mesajını verməklə birliyini nümayiş etdirib.
Görüşdə iştirak edən deputatlar da fikirlərini bölüşüblər.
Qeyd edək ki, Milli Məclisin nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında həyata keçirilir.
Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.
Səfər iyulun 16-da başa çatacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!