09:57 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ankarada Avrasiya Yazıçılar Birliyində akademik İsa Həbibbəyli ilə görüş keçirilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:06 16.07.2021

 

Ankarada fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyində (AYB) AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Avrasiya Yazıçılar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu tədqiqatçı alim İsa Həbibbəylinin yaradıcılığı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AYB arasındakı əməkdaşlıq münasibətlərinin istiqamətləri və nəticələri barədə geniş məlumat verib.

Görüşdə iştiraka, səmimi sözlərə, əsərlərinə verilən diqqətə görə minnətdarlığını ifadə edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli əvvəlcə 44 günlük Vətən müharibəsində qazanılan rəşadətli Qələbədən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusunun cəbhədə qazandığı tarixi Qələbəni savaş dastanı kimi dəyərləndirən alim əminliklə bildirib ki, türk dünyasının şair və yazıçıları, o cümlədən AYB üzvləri Qarabağ Zəfəri, eləcə də Şuşanın fəthi barədə göz oxşayan əsərlər yaradacaqlar.

Avrasiya Yazıçılar Birliyi ilə əməkdaşlıq münasibətlərinin ən bariz nümunəsi AYB-nin aylıq ədəbiyyat dərgisi olan “Kardeş kalemler” jurnalının iyun nömrəsinin dahi Azərbaycan şairi, böyük filosof Nizami Gəncəviyə həsr edilməsidir. “Nizami Gəncəvi kimi dünya şöhrətli şəxsiyyətlərin həyatı və yaradıcılığı ilə məşğul olmaq yalnız, sadəcə, tədqiqat fəaliyyəti deyil, milli kimliyimizin təşviqi, qorunması və inkişafı naminə mühüm bir mücadilədir”, - deyə alim fikirlərini davam etdirib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığının araşdırılması və təbliği istiqamətində səmərəli fəaliyyətlərinə görə Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, türkiyəli professorlar Orhan Söyləməz və Çingiz Alyılmaz AMEA-nın xüsusi diplomlarına layiq görülüblər.

Qeyd edək ki, Avrasiya Yazıçılar Birliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birlikdə nəşr etdirdiyi jurnalın bu nömrəsi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması münasibətilə çapa hazırlanıb. Nəşrin “Ön söz” müəllifi AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğludur. Jurnalda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, türkiyəli professorlar Əhmət Kartal, Mustafa İsen və digər görkəmli alimlərin Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan elmi-ədəbi məqalələri oxuculara təqdim olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM