28 Sentyabr 2021 23:09
575
CƏMİYYƏT
A- A+

Anım Günü ilə əlaqədar Qazaxıstanın Aktauda şəhərində tədbir təşkil olunub

 

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni icması tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, Türkiyənin Aktaudakı baş konsulu Müzəffər Akyıldırım, İranın baş konsulu Habibolla Malakuti Far, Özbəkistanın bu şəhərdəki Baş konsulluğunun nümayəndəsi, azərbaycanlı iş adamları və yerli ziyalılar iştirak edirdilər.

Əvvəlcə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti oxunub.

Sonra “Dostluq” milli-mədəni icmasının rəhbəri Şəmsəddin Hüseynov çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə parlaq Qələbənin qazanılmasından, onun nəticələrindən söz açıb.

Türkiyənin baş konsulu Müzəffər Akyıldırım çıxışında türk xalqının, eləcə də Baş konsulluğun adından şəhidlərimizə rəhmət diləyib, Azərbaycanın Zəfərinin bütün türk xalqlarının uğuru olduğunu vurğulayıb.

Daha sonra çıxış edən İranın baş konsulu Habibolla Malakuti Far ölkəsinin hökumətinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını vurğulayıb və “Qarabağ Azərbaycandır!” deyib.

Sonda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video