22 Sentyabr 2021 11:34
552
CƏMİYYƏT
A- A+

Anım Günü ərəfəsində Xaçmazın beş kəndində şəhid ailələri ziyarət olunub

 

Xaçmazda 27 sentyabr - Anım Günü ərəfəsində Canaxır, Qaradağlı, Hülövlü, Çarxı və Məmmədxanlı kəndlərindən olan şəhid ailələri ilə görüşlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarlarını ziyarət ediblər.

Görüşdə bildirilib ki, dövlətimiz Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbi qulluqçularımızın ailələrini daim diqqət mərkəzində saxlayır. Şəhidlik zirvəsinə ucalan hər bir igidimizin şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunub. Xaçmaz rayonunda şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə küçələrə qəhrəman Vətən oğullarının adları verilir.

Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video