05 Iyul 2012 01:07
563
Səhiyyə
A- A+

Anasının bətnində ölən uşaq sonradan dirilmişdir

 

Həkimlərin anasının bətnində öldüyünü düşündükləri uşaq cərrahiyyə əməliyyatından bir neçə saniyə sonra nəfəs almağa başlamışdır. Çəkisi 500 qram olan körpə ana bətnində ölü olsa da, qeysər kəsimi əməliyyatı ilə doğulandan sonra qışqıraraq ağlamışdır.

AzərTAc xəbər verir ki, uşağın anası 21 yaşlı Aleks Consdur. O, hamiləliyin 6-cı ayında olanda adi müayinə zamanı həkimlər demişlər ki, bətnindəki körpə iki həftə əvvəl ölmüşdür.

Cons vurğulamışdır ki,  bu sözdən sonra şoka düşmüşdüm. Müayinəyə qədər özümü əla hiss edirdim. Bətnimdəki körpənin vəziyyətinin də normal olduğunu düşünürdüm. Nə baş verdiyini anlamırdım və kimsə də normal izahat vermirdi. Sadəcə, deyirdilər ki, bətnimdəki uşaq ölmüşdür.

Mertir-Tidvil şəhərindəki klinikanın 10 həkimi israrla bildirmişlər ki, Aleks təcili cərrahiyyə əməliyyatına məruz qalmalı, onun bətnindəki ölü döl çıxarılmalıdır. Aleksin 49 yaşlı anası demişdir ki, onlar körpənin şəhər məzarlığında dəfninə hazırlaşırdılar.

Əməliyyatın aparıldığı "Prince Charles Hospital"ın həkimi bildirmişdir ki, çox mürəkkəb əməliyyatdan bir neçə saniyə sonra uşaq nəfəs almağa başlamışdır. İlk dəfədir belə hadisə ilə qarşılaşıram. Hadisənin nadirliyi odur ki, anasının bətnində cəmi 6 ay qalan, çəkisi 500 qram olan uşağın nəbzi yox idi, amma o, özünə gələrək nəfəs almağa başlamışdır.

Anadan olmuş oğlana Koen adını qoyublar və o, inkubatora yerləşdirilmişdir. Burada 5 aylıq reabilitasiya kursu keçmiş Koenin durumu indi normaldır. Ekspertlərin dediklərinə görə, Koenin doğuluşu mamaçalıq və ginekologiya tarixində çox nadir hadisədir. Həkimlərdə də günah yoxdur: ana bətnindəki uşağın nəbzi çox sakit vurduğundan onun sağ olub-olmadığını hətta ən mürəkkəb avadanlıq belə, müəyyənləşdirə bilməmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video