30 Dekabr 2011 12:12
366
DÜNYA
A- A+

Amerikanın hərbi gəmisi Hörmüz körfəzinə gəldi

 

İranın Hörmüz körfəzindəki hərbi dəniz təlimləri komandanlığının nümayəndəsi Mahmud Musavinin dediyinə görə, ongünlük manevrlərin keçiriləcəyi rayonda Amerikanın təyyarədaşıyan gəmisi aşkar edilmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Məlumata görə, Amerika aviadaşıyıcısı və onu müşayiət edən gəmilərin şəkillərini və videosunu İran hərbi dəniz qüvvələrinin kəşfiyyat təyyarəsi çəkmişdir.

Güman edilir ki, bu, "Con Stennis" atom gəmisidir. Gəminin göyərtəsində 9 qırıcı eskadrilyası, bombardmançılar və müxtəlif təyinatlı vertolyotlar var. "Con Stennis"i 8 gəmi müşayiət edir.

Bir gün əvvəl Amerika komandanlığı bildirmişdi ki, təyyarədaşıyan gəmi Hörmüz körfəzindən keçəcək.

İran hərbi dəniz qüvvələri beş gündür sözügedən rayonda təlim keçir. Məqsəd Qərb ölkələrinə məxsus neft və qaz daşıyan tankerlərin körfəzdən keçməsinə mane olmaqdır. Buna cavab olaraq ABŞ mühüm ticarət yolunun bağlanmaması üçün bütün vasitələrdən istifadə edəcəyini bildirmişdir. İran körfəzində ABŞ-ın 5-ci donanması yerləşir. Onun əsas vəzifəsi körfəzin özündə və qonşu hövzələrdə gəmilərin təhlükəsiz hərəkətini təmin etməkdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video