14:43 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Amerika mühəndisləri 5 ildən artıq fasiləsiz işləyən ion mühərriki yaradıblar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:07 14.07.2013

 

Layihə müəllifi ABŞ-ın kosmik tədqiqatlar agentliyi NASA-dır.  Bu ksenon əsaslı ion mühərriki  fasiləsiz işləmə müddətinə görə bütün tip kosmik mühərriklər arasında dünya rekordu vurub. Mühərrik hələ də 48 min saatdan - 5,5 ildən artıq müddətdir ki, dayandırılmadan işləyir. 

Elektron-raket sistemli bu mühərrik NASA və  Amerikanın  "Aerojet Rocketdyne" kompaniyası mütəxəssislərinin NEXT (NASA's Evolutionary Xenon Thruster) layihəsi çərçivəsində  birgə hazırlanmışdır. NEXT - günəş elektrik mühərrikidir. Mühərrikin iş prosesində istifadə olunan ksenon ionlaşdırıldıqdan sonra elektrostatik sahə vasitəsilə sürətləndirilir. Bu, kosmik gəmiyə saatda  144 min kilometrdən artıq  sürət yığmağa imkan verir. Hazırda kosmik raketlərdə istifadə olunan heç bir mühərrik  növü belə yüksək göstəriciyə malik deyil.

Bundan başqa, NEXT ölçülərinə görə standart analoqlarından kifayət qədər kiçikdir. Yanacaq sərfi də olduqca məhduddur: mühərrik  fasiləsiz işlədiyi 5,5 il  ərzində cəmi 870 kiloqram ksenon məsrəf edib, halbuki digər növ mühərriklərə eyni məhsuldarlıq üçün 10 ton raket yanacağı tələb olunardı.

NASA  bütün  ümidləri artıqlaması ilə doğrultduğundan sınaqdan çıxarılan mühərriki tezliklə dayandırılacağını və uzaq məsafəli kosmik missiyalarda istifadəsi yönündə işlərə başlanılacağını açıqlayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM