18 Iyun 2014 11:06
384
Elm və texnika
A- A+

AMEA Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilmişdir

İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzində “Tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri” mövzusunda seminar keçirilmişdir.

AMEA Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə
əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, seminarda İpəkçilik Laboratoriyasının əməkdaşı, kiçik elmi işçi Nərgiz Xəlilova mövzu üzrə məruzə etmişdir.
Məruzəçi tut ipəkqurdunun məhsuldarlığına mühitin təsiri haqqında məlumat verərək qeyd etmişdir ki, əlverişsiz şəraitə uyğun yeni xətt və hibridlərin yaradılması istiqamətində laboratoriyada elmi-tədqiqat işləri davam etdirilir. Bildirilmişdir ki, havanın temperaturu 15 dərəcəyə düşdükdə ipəkqurdu qidalanmır. Havanın temperaturu 30 dərəcədən yuxarı olanda da ipəkqurdu qidalanmır və tələf olur. Bu səbəbdən ipəkqurdunun normal qidalanması üçün ən əlverişli şərait ətraf mühitdə hava temperaturunun 23-25 dərəcə olması hesab olunur.
Digər tərəfdən, yağıntının və rütubətin çox olması da ipəkqurdunun xəstələnməsinə səbəb olur və onun yaşama qabiliyyətini aşağı salır.
N. Xəlilova, eyni zamanda, laboratoriyada aparılan tədqiqatlar haqqında məlumat vermiş və ipəkqurdunun məhsuldarlığının yüksək göstəricilərə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsini diqqətə çatdırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video