27 Iyun 2014 08:06
336
Elm və texnika
A- A+

AMEA-nın yeni nizamnaməsi ümumi yığıncağın müzakirəsinə təqdim olunmuşdur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnamə komissiyası öz işini başa çatdırmışdır.

AMEA rəyasət heyətinin 2013-cü il 18 sentyabr tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasında nizamnamə komissiyasının yeni tərkibi müəyyən olunmuş və akademiyanın prezidenti, akademik Akif Əlizadə həmin komissiyanın qarşısında bu elmi qurumun yeni layihəsini hazırlamaq vəzifəsini qoymuşdur.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə nizamnamə komissiyası il ərzində elmi-tədqiqat institutlarından, tanınmış alimlərdən alınmış təklifləri müzakirə etmişdir. Bundan əlavə, dünya ölkələrinin elmlər akademiyalarında gedən proseslər yaradıcı şəkildə öyrənilmiş, yeni nizamnamənin akademiyada aparılacaq islahat proseslərinə, inkişaf prinsiplərinə hüquqi təminat verməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, Rusiya, Polşa, Qazaxıstan, Latviya, Bolqarıstan, Belarus, Özbəkistan, Çexiya, Ukrayna, Qırğızıstan elmlər akademiyalarının nizamnamələri diqqətlə araşdırılaraq nəzərdən keçirilmişdir.
Akademiyada müstəqillik illərində yaradılmış regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsi ilə əlaqədar müddəalar haqqında ilk dəfə olaraq nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunmuşdur.
AMEA-nın yeni nizamnaməsi bu il aprelin 9-da və iyunun 11-də rəyasət heyətinin iclaslarında geniş müzakirə edilərək daha da təkmilləşdirilmişdir. Bundan əlavə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda hüquqşünas alimlərin iştirakı ilə yeni nizamnamənin müzakirəsi keçirilmişdir. Akademiyanın hüquqi təminat şöbəsinin təklifləri də nəzərə alınmışdır. Bütün bunların nəticəsi olaraq AMEA-nın yekun layihəsi akademiyanın ümumi yığıncağının müzakirəsinə təqdim olunmuşdur.
Sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas nizamnamə layihəsidir. Sonuncu dəfə 2002-ci ildə qəbul olunmuş, 67 maddədən ibarət nizamnamə keçid dövründə fəaliyyəti tənzimləmək üçün nəzərdə tutulan ilkin sənəd olmuşdur. AMEA-nın hazırda 16 bölmədən və 176 maddədən ibarət yeni nizamnaməsi isə müasir mərhələdə ölkəmizdə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video