05 Iyun 2014 07:06
347
Elm və texnika
A- A+

AMEA-nın İqtisadiyyat İnstitutu Elmi Şurasının geniş iclası keçirilmişdir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutu Elmi Şurasının geniş iclası olmuşdur.

İnstitutdan AzərTAc-a bildirmişlər ki, bu elm müəssisəsinin direktoru, professor Nazim İmanovun sədrliyi ilə keçirilmiş iclasda əvvəlcə gündəlikdəki məsələlər barəsində məlumat verilmişdir.
N.İmanov AMEA İqtisadiyyat İnstitutunda indiyədək görülən işləri dəyərləndirmiş, qarşıdakı fəaliyyətin əsas istiqamətlərini açıqlamışdır.
İclasda gündəlikdə duran məsələlərlə bağlı çıxışlar dinlənilmiş, müvafiq qərarlar qəbul olunmuşdur. Elmi Şuranın yeni tərkibi müəyyənləşdirilərək şura üzvləri tərəfindən qəbul edilmişdir.
Daha sonra N.İmanovun “Azərbaycan iqtisadiyyatının struktur prioritetləri haqqında” mövzusunda məruzəsi dinlənilmişdir. Alim iqtisadiyyatımızın prioritet hesab edilən sahələrini müqayisəli üstünlüklər baxımından dəyərləndirərək bildirmişdir ki, əslində müqayisəli üstünlüyə malik olan sahələr prioritet hesab olunur. Əsas məsələ isə, həmin sahələrin düzgün müəyyən edilməsi və seçilməsidir.
Akademik Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvləri Şahbaz Muradov, Ağasəlim Ələsgərov, Akif Musayev, Əli Nuriyev və başqaları məruzə ilə bağlı fikirlərini bildirmişlər.
Elmi Şuranın növbəti iclaslarında iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş elmi məruzələrin dinlənilməsi qərara alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video