18 Iyun 2014 05:06
412
Elm və texnika
A- A+

AMEA-nın Fizika İnstitutunun gənc alimləri arasında elmi tədqiqat işlərinin qiymətləndirilməsi ilə bağlı keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmışlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə 2013-cü ilin yekunlarına əsasən, 35 yaşa qədər olan gənc alimlər arasında elmi tədqiqat işlərinin (məqalə, tezis, patent və. s) qiymətləndirilməsi istiqamətində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılmışlar.

Fizika İnstitutundan AzərTAc-a bildirmişlər ki, bu elm müəssisəsinin həmkarlar ittifaqı komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi gənc alimlərin illik fəaliyyətini dəyərləndirmək və elmi tədqiqat sahəsinə marağın artırılmasıdır.
Müsabiqənin nəticələrinə əsasən, elmi işçilər Şəhla Əliyeva birinci, Nağı Qasımov ikinci, Yeganə Əliyeva isə üçüncü yerlərə layiq görülmüşlər.
Qaliblərə diplomlar və və pul mükafatları verilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video