26 Oktyabr 2021 02:00
1069
ELANLAR
A- A+

AMEA-nın Fizika İnstitutu açıq (elektron) tender elan edir

 

Tenderin predmeti:

AMEA-nın Fizika İnstitutu üçün elektrotexniki avadanlıqların kompüter, printer, kondisioner, tozsoran və cihazların(inteqral, mikrosxem və yarımkeçirici cihazların hazırlanmasının fotolitoqrafiq prosessləri zamanı təsvirlərin fotoşablona və yarımkeçirici plostinə yerləşdirilməsi və fotoşablondan təsvirlərin plostinlərin fotozestiv qatından köçürülməsi üçün) satın alınması

(Malların siyahısı və parametrləri etender .gov.az portalında bu tender üzrə səhifənin müvafiq xanasında yerləşdirilmişdir.)

Tender iştirakşıları etender.gov.az dövlət satınalmalarının vahid elektron  portalına daxil olaraq (Bundan sonra Portal) tenderlə bağlı ətraflı məlumat ala bilərlər.

Tender Portal vasitəsilə aparılır, tenderlə bağlı bütün sual, cavab və izahlar  Portal vasitəsilə aparılır.

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi (notarial qaydada təsdiq edilmiş);

- qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə, son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surətləri;

- iddiaçının mikro, kiçik və ya orta sahibkar olması barədə sənəd (müvafiq orqan tərəfindən verilən arayış).

İddiaçı haqqında AMEA-nın Fizika İnstitutu tərəfindən tələb olunan  digər ixtisas uyğunluğu sənədlərində aşağıdakı məlumatlar əks etdirilməlidir:

- maliyyə informasiyası (şərtlər toplusunda təqdim edilən Əlavə 4 formada);

- ixtisaslaşma məlumatları (şərtlər toplusunda təqdim edilən Əlavə 3 formada);

- şərtlər toplusunda göstərilən digər sənədlər;

- iddiaçının analoji cihaz və avadanlıqların təmirinin aparılması üçün servis mərkəzi olmalıdır.

Tenderdə iştirak etmək üçün  iştirak haqqı 70 manat  “Asan ödəniş” sistemi ilə  Portalda qeyd edilmiş hesaba  ödədikdən sonra Portaldan şərtlər toplusunu əldə edə bilərlər.

Tenderdə təklifin qüvvədə olma müddəti zərflər açılan gündən sonra ən azı 40 bank günü təyin edilir.

Tender təklifi üzrə tələb olunan malların çatdırılması müqavilə imzalandıqdan sonra ən çoxu 30 bank günü təyin edilmişdir.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri  (bank təminatı və tender təklifi istisna edilməklə)  17 noyabr 2021-ci il saat 10:00-dək  qədər Portalda təqdim etməlidirlər.

Bank təminatı və tender təklifi və qiymətləndirmə üçün lazım olan digər sənədlər isə  25 noyabr 2021-ci il saat 09:30-dək Portalda təqdim edilməlidir.

Tender təklifləri  26 noyabr 2021-ci il saat 10:00-da  Portalda açılacaqdır.

Tenderlə əlaqədar əlavə məlumat almaq üçün  Fizika institutunun baş iqtisadçısı, satınalma mütəxəssisi Xanlar Xanlarovla  Portalın sual - cavab bölümündə əlaqə saxlamaq olar. Əlaqə telefonu: (012) 539-69-53.   

Tenderin şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir və bütün sənədlər Azərbaycan dilində təqdim edilməlidir.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video