26 Sentyabr 2014 12:09
446
Elm və texnika
A- A+

AMEA-nın Direktorlar Şurasının növbəti iclasında aktual məsələlər müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Akademiyadan AzərTAc-a bildiriblər ki, tədbirdə AMEA-nın prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, qrant layihələrin düzgün idarə olunması, elmi-tədqiqatların büdcədən maliyyələşdirilməsi və s. ilə bağlı məsələləri diqqətə çatdırıb.
Sonra AMEA rəyasət heyəti mərkəzi aparatının hüquqi təminat şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev akademiyanın sürətlə inkişaf etdiyi hazırkı dövrdə qurumun inzibati məsələlərinin hüquq normaları çərçivəsində tənzimlənməsi, kargüzarlıq işlərinin lazımi səviyyədə qurulması istiqamətlərində aparılan işlərdən danışıb. AMEA elmi müəssisələrində kargüzarlıq işlərinin tələblərə cavab vermədiyini söyləyən R. Ağasiyev bu istiqamətdə sənədlərin forma və tərtibatlarına diqqət yetirməyi tövsiyə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qrant layihələrinin idarə olunması, maliyyələşdirilməsi istiqamətdə görülən işlər barədə məlumat verib.
İclasda AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. Qeyd edib ki, elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdırlar. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuraların iclaslarında müzakirə olunmalıdır.
Gündəlikdəki məsələlərlə bağlı AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və başqaları çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun müsabiqələrinin nəticələrindən danışıblar.
İclasda, həmçinin Azərbaycan alimlərinin qurultayı, elm festivalına hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video