20:02 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşının beynəlxalq elmi konfransda məruzəsi böyük maraqla qarşılanmışdır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
02:04 30.04.2014

Aprelin 22-dən 24-dək Qazaxıstanın paytaxtı Astana şəhərində görkəmli qazax arxeoloqu Kamal Akişevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, konfransda bu elm müəssisəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov “İssık yazısının oxunuşu” mövzusunda məruzə ilə çıxış etmişdir.
1969-1970-ci illərdə İssık sak kurqanı arxeoloq Kamal Akişevin rəhbərliyi altında tədqiq edilmişdir. Tədqiqat zamanı üzərində runik əlifba ilə yazı olan gümüş cam aşkar edilmişdi. Bu günədək tanınmış dilçi alimlər tərəfindən həmin yazının oxunuşuna cəhd edilmişdir. Zaur Həsənovun təqdim etdiyi oxunuş versiyasına görə, İssık yazısı qədim türk dilində yazılmış və mərhum sak şahzadəsinin xatirəsinə ithaf xarakterli olmuşdur.
Alimin məruzəsi konfransın iştirakçıları, o cümlədən Astana şəhərindəki Lev Qumilyov adına Avrasiya Milli Universitetinin tarix fakültəsinin alim və tələbələri tərəfindən maraqla qarşılanmışdır.
Məruzədən sonra Z.Həsənov konfrans iştirakçılarının suallarını cavablandırmışdır.
Məruzə ətrafında fikir mübadiləsi də aparılmışdır. Z. Həsənovun böyük marağa səbəb olmuş konfransdakı çıxışı barədə Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rəsmi saytında (www.enu.kz/ru/) xüsusi məlumat yerləşdirilmişdir.
Beynəlxalq elmi konfransda Türkiyə, Qırğızıstan, Özbəkistan, Rusiya, Litva, Yaponiya, İtaliya arxeoloqları, tarixçiləri, etnoloqları, dilçiləri də iştirak etmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM