14 Yanvar 2012 12:01
323
Təhsil
A- A+

AMEA İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilir

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda doktorant və dissertantların elmi fəaliyyətinə dair hesabatlarına həsr olunmuş iclaslar keçirilir.

İnstitutdan bildirmişlər ki, attestasiyada informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə mövzulara dair 48 doktorant və dissertantın hesabatı dinləniləcəkdir.

 İclaslarda dissertasiya işlərinin məqsədi və görülən işlər, dünyanın nüfuzlu jurnallarında nəşr olunan elmi məqalələr və sair haqqında geniş hesabatlar verilir. Dissertasiya işlərində qoyulmuş məsələlər üzrə məqalələrin nüfuzlu beynəlxalq jurnallarda dərcinin əhəmiyyəti qeyd edilmiş, elmin səviyyəsinin, həmçinin dünyanın nüfuzlu elmi jurnallarında (beynəlxalq məlumat bazalarına daxil olan SCI, SSCI, SCOPUS və s.) çap olunmuş məqalələrin, bu məqalələrə başqa müəlliflər tərəfindən istinadların sayı ilə müəyyənləşdiyi vurğulanmışdır.

Bildirilmişdir ki, hər bir doktorant və dissertant elmi problemin vəziyyətini tam araşdırmağı, lazımi vasitə və metodlardan istifadə etməyi bacarmalı, inkişaf etmiş ölkələrdə mövcud problemin vəziyyətinin monitorinqinin nəticələri ilə tanış olmalı, bu məsələlərlə məşğul olan elmi mərkəzlər haqqında məlumatlara malik olmalıdır.

İclaslar yanvarın 18-dək davam edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video