26 Sentyabr 2014 09:09
446
Elm və texnika
A- A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının monitorinq qrupu Zoologiya İnstitutunda

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının monitorinq qrupu gənc tədqiqatçılarla görüşlərini davam etdirir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, AMEA-nın Zoologiya İnstitutunda keçirilmiş görüşdə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bildirib ki, rəhbərlik etdiyi şuranın fəaliyyəti gənc tədqiqatçıların intellektual inkişafı istiqamətində addımlar atmaq, eləcə də elmi-tədqiqat işlərinin təkmilləşdirilməsini təmin etmək və stimullaşdırıcı tədbirlər həyata keçirməkdən ibarətdir.
Qeyd edilib ki, AMEA Rəyasət Heyətinin müvafiq iclasında şuranın fəaliyyət planı təsdiqlənib.
Gənc tədqiqatçıların fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayan F. Salmanov Zoologiya İnstitutunun gənc alimlərindən maraqlı təkliflər gözlənildiyini və onların reallaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova qeyd edib ki, bu elmi müəssisədə çalışan gənclərin hər bir təşəbbüsü rəhbərlik tərəfindən dəstəklənir və gənc tədqiqatçıların elmə marağını artırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görülür.
Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev “Bakı Elm Festivalı-2014”, “Azərbaycan alimlərinin I qurultayı” və digər keçiriləcək böyük elmi-ictimai tədbirlərin təşkilatçılığının gənclərə həvalə olunduğunu xatırladıb.
İnstitutun gənc mütəxəssisləri təkliflərini bildiriblər.
Sonra monitorinq qrupunun üzvləri gənc mütəxəssislərin iş şəraiti ilə maraqlanıb və gənclərin irəli sürdüyü təkliflər ətrafında institutun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərovla fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video