07:02 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA-da “Zəfər dərsləri” həftəsinə start verilib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
21:48 21.09.2021


27 sentyabr - Anım Gününə həsr olunmuş onlayn konfrans keçirilib

 

 

Bu gün AMEA-da Qarabağ – Vətən müharibəsinə həsr edilmiş “Zəfər dərsləri” həftəsinə start verilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Zəfər dərsləri” həftəsi çərçivəsində akademiyanın bir çox institut və təşkilatlarında 27 sentyabr – Anım Gününə həsr olunmuş əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Anım Gününə həsr olunmuş ilk onlayn konfrans AMEA YAP Ərazi Təşkilatı və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən Azərbaycan torpaqlarının erməni vandallarından azad edildiyini, 30 illik işğala son qoyulduğunu vurğulayıb. Alim bu qələbəni Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən parlaq nailiyyəti və tarixə qızıl hərflərlə yazılmağa layiq hadisə kimi dəyərləndirib.

Vitse-prezident bugünkü tədbirin təşkilatçılarından olan YAP-ın Azərbaycan cəmiyyətinin ən aparıcı qüvvəsi olduğunu bildirib, ölkəmizdə siyasi-ideoloji hərəkatın, müstəqil dövlətçilik ideyalarının inkişafında müstəsna xidmətlərindən bəhs edib. Alim bildirib ki, bu siyasi qələbə bütün təşkilatlarda diqqətlə öyrənilməli, çıxarılan nəticələr ümumiləşdirilməli və elmimizin, mədəniyyətimizin, təhsilimizin və iqtisadiyyatımızın gələcək inkişafına dəstək verilməlidir.

“Tarixi qələbəmizin öyrənilməsi istiqamətində AMEA qarşısında da mühüm vəzifələr durur”, - deyən İ.Həbibbəyli AMEA Rəyasət Heyəti tərəfindən müvafiq fəaliyyət proqramının qəbul edildiyini xatırladıb. Akademik Qarabağda aparılacaq tədqiqatlarla bağlı AMEA qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində keçirilən konfranslardan söz açıb, Qarabağın zəngin təbiətinin, faydalı resurslarının öyrənilməsi üçün çoxsaylı kitabların çap olunduğunu diqqətə çatdırıb.

“İşğal dövründə ermənilər tərəfindən insanlığa qarşı törədilən vəhşiliklər, xarabalıqlara çevrilmiş evlər 2012-ci ildə Yaponiyanın Hiroşima şəhərində olduğum zaman gördüklərimdən daha ağır təəssüratlar yaradır”, - deyə İ.Həbibbəyli qeyd edib. Akademikin sözlərinə görə, “Böyük Qayıdış” AMEA-da alimlərimiz tərəfindən geniş şəkildə işıqlandırılmalı, monoqrafiyalar, məqalələr yazılmalı, tarixi zəfərimiz salnamələşdirilməli və yeni nəsillərə ətraflı şəkildə çatdırılmalıdır.

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan zəfərimizin şəhidlərimizin qanı ilə yazıldığını bildirib. O, Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Anım Günü İkinci Qarabağ müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq qeyd edilsə də, həmin gün Vətən üçün böyük xidmətləri olmuş, həyatının hər damlasını Azərbaycanın yüksəlişinə sərf etmiş bütün insanlar, bütün şəhid və qazilərimiz yad edilməli, xatırlanmalıdır. Akademik vurğulayıb ki, 27 sentyabrda bu dövlətin varlığı və müstəqilliyi üçün borclu olduğumuz insanları, ilk növbədə, Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevi və onun yerinə yetirdiyi tarixi missiyanı xatırlamalıyıq.

“Bu gün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə əlil və şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir. Onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir”, - deyən İ.Hüseynova bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmlərinin formalaşdırıldığını, bu şəxslərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını diqqətə çatdırıb.

O qeyd edib ki, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin tam şəkildə yenidən qurulacağını, müasir, abad yaşayış məntəqələri və infrastrukturun yaradılacağını, kənd təsərrüfatı, müxtəlif sənaye sahələrinin bərpa və inkişaf etdiriləcəyini dəfələrlə bildirib. Çıxışının sonunda akademik İ.Hüseynova əlavə edib ki, Qarabağın tam bərpası, yüksəlişi, burada çəkilən hər yol, tikilən hər ev müqəddəs şəhidlərimizə qoyulmuş abidə olacaq.

Tədbirdə AMEA YAP Ərazi Təşkilatının sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Ulduzə Qurbanova rəhbərlik etdiyi təşkilatın yaranma tarixi, üzvlərin sayı haqqında ətraflı məlumat verib. Bildirib ki, ümumilikdə AMEA əməkdaşlarının 24 faizi AMEA YAP Ərazi Təşkilatının üzvüdür.

Şəhidlərimizin Anım Gününün keçirilməsinin əhəmiyyətinə toxunan U.Qurbanova torpaq, millətin namusu, heysiyyəti uğrunda canından keçmiş şəhidlərimizin həyatları və ölümlərinin yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb. O, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan xalqının Ali Baş Komandan ətrafında sıx birləşdiyini qeyd edib, müzəffər Azərbaycan Ordusunun qələbəmizin əsas memarlarından olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, şəhidlərimiz öz qəhrəmanlıqları ilə adlarını zəfər tarixinə yazıb və bu adı əbədiləşdiriblər.

Sonra çıxış edən GAMŞ-ın sədri fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Azərbaycanın böyük şücaət tələb olunan savaşın canlı örnəyini dünyaya gostərdiyini, 30 ildən artıq müddətdə alınması mümkünsüz hesab olunan torpaqlarımızı azad etdiyini bildirib. O deyib ki, erməni mifini tarixə qovuşduran əsgər və zabitlərimizin ilham qaynaqları Vətən və uğrunda ölməyi gözə aldıqları torpaqlarımız olub.

F.Salmanov 27 sentyabr tarixinin övladını, qardaşını, atasını və soydaşını anan millətimiz üçün ən həssas gün olduğunu vurğulayıb. GAMŞ sədri əlavə edib ki, bu sınaqdan Azərbaycanın gənc nəslinin, müzəffər ordumuzun üzüağ çıxmasında keçmiş dəyərlərimizə sədaqət, Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət tandemi həlledici rol oynamışdır.

Konfransda müharibədə Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə ön və arxa cəbhədə könüllü olaraq iştirak etmiş AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi ərəbşünas alim Pərviz Ağayev xatirələrini bölüşüb. O, şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını bildirib.

AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə isə çıxışında Ağdam və Şuşaya səfərləri zamanı şahidi olduğu erməni vandalizmindən bəhs edib, xarabalıqlara döndərilmiş gözəl diyarımızın tezliklə yenidən bərpa olunması üçün görülən məqsədyönlü işlərdən danışıb.

R.Mirzəzadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə dayaq durması, dəstək göstərməsi, onları tək qoymaması həmin ailələrə böyük təsəllidir.

Vurğulayıb ki, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi və digər görülən dəstək tədbirləri verilən sözün böyük dəyərə malik olmasının göstəriciləridir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM