11:20 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AMEA-da Azərbaycan-Türkmənistan elmi əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılmışdır
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:04 26.04.2014

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Toyli Komekov ilə görüşü olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasından bildirmişlər ki, görüşdə akademik İsa Həbibbəyli AMEA-nın tarixi, akademiyada davam edən uğurlu islahatlar, müxtəlif elmi istiqamətlər üzrə görülən işlər, xüsusilə də humanitar elmlər sahəsində aparılan elmi tədqiqatlar barədə ətraflı məlumat vermişdir.

Son vaxtlar AMEA ilə dünyanın bir sıra elmi qurumları arasında sıx əlaqələr yaradıldığını vurğulayan akademik İ.Həbibbəyli akademiyanın rəhbərliyi tərəfindən Türkmənistan ilə əməkdaşlığa böyük önəm verildiyini və əlaqələrin əhəmiyyətini qeyd etmişdir.

Bir sıra elmi istiqamətlər üzrə Azərbaycan və Türkmənistan alimlərinin müştərək fəaliyyət göstərməsini məqsədəuyğun hesab edən akademik ölkələrimiz arasında elm sahəsində həlli vacib məsələlərdən bəhs etmişdir. May ayında böyük türkmən şairi Məhdimqulu Fəraqinin anadan olmasının 290 illiyi ilə əlaqədar Aşqabad şəhərində keçiriləcək beynəlxalq konfransda Azərbaycanın da yüksək səviyyədə təmsil olunacağını, bu məqsədlə nümayəndə heyətinin üzvləri tərəfindən bir sıra elmi məruzələrin hazırlandığını diqqətə çatdıran AMEA-nın vitse-prezidenti qarşılıqlı əlaqələrin əhəmiyyətini xatırlatmışdır.

Akademik İsa Həbibbəyli bildirmişdir ki, rəhbərlik etdiyi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən türk xalqları ədəbiyyatı çoxcildliyi hazırlanır. Çoxcildliyin bir cildində türkmən ədəbiyyatının, qardaş xalqın görkəmli ədəbi simalarının həyat və yaradıcılığının əhatə edilməsi nəzərdə tutulmuşdur.

Görüşdən məmnun qaldığını bildirən səfir Toyli Komekov Türkmənistan ilə Azərbaycan arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini vurğulamışdır.

Elm sahəsində əməkdaşlığın böyük əhəmiyyətini xatırladan səfir bu sahədə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının gərəkli olduğunu, bir sıra müqavilələrin bağlanmasının vacibliyini diqqətə çatdırmışdır.

T.Komekov qeyd etmişdir ki, qarşılıqlı olaraq monoqrafik tədqiqatların aparılması, bədii əsərlərin tərcümə və nəşri xüsusi əhəmiyyətə malikdir. 

Mədəniyyət, tarix, milli-mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını söyləyən səfir ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, elmi əməkdaşlıqda da mühüm nəticələr əldə ediləcəyinə inamını ifadə etmişdir.

Görüşdə qarşılıqlı elmi əməkdaşlıq üzrə yaxın zamanlarda bir sıra tədbirlərin həyata keçirilməsi məqsədi ilə həlli vacib məsələlərdən bəhs edilmiş, elmi əlaqələrin inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi barədə razılıq əldə olunmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM