19 Iyun 2014 04:06
387
Elm və texnika
A- A+

AMEA-da aparılan islahatlar gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar yaradacaqdır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dünyanın aparıcı elmi-tədqiqat institut və mərkəzləri, nüfuzlu universitetlərlə əməkdaşlıq əlaqələrinin, innovativ bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi önəm verir.

AzərTAc xəbər verir ki, bu barədə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş səyyar iclasında danışılmışdır.
AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələri, akademiyada aparılan islahatların əsas hədəflərindən birinin gənclər siyasətinin yenidən qurulması olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, AMEA-da aparılan islahatlar gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar yaradacaqdır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyə və təkliflərini şura üzvlərinə çatdıran R.Əliquliyev bildirmişdir ki, gənclərin sosiallaşmasına, onların elmi əməkdaşlıq və qarşılıqlı ünsiyyətinə xidmət edən mühit yaradılmasına nail olmaq akademiya rəhbərliyinin əsas məqsədlərindən biridir.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov son dövrlərdə gənclərə göstərilən qayğı və diqqətdən, şuranın həyata keçirdiyi müxtəlif layihə və proqramlardan danışmışdır. Məlumat verilmişdir ki, regionlarda elmin təbliği, beynəlxalq əlaqələrin inkişafı, konfrans və elmi simpoziumların təşkili, gənc alimlərin elmi fəaliyyət və nailiyyətlərinin ictimailəşdirilməsi hazırda prioritet istiqamətlərdir.
İclasda şuranın illik fəaliyyət planı müzakirə olunmuş, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “Gənc alim" analitik-informasiya sisteminin təqdimatı keçirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video